”Aİ 92” markalı benzinlə bağlı VACİB XƏBƏR: İstehsalı dayandı…

Yenidənqurma işləri ilə bağlı hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda ”Aİ 92” markalı benzinin istehsalı dayanıb. Cumhuriyyet.az xəbər verir ki, zavodun “Modernizasiya və yenidənqurma” layihəsinin rəhbəri Emil Alxaslı deyib. O qeyd edib ki, buna baxmayaraq daxili bazarda bu növ yanacaqla bağlı qıtlıq olmayacaq. E.Alxaslı, “Çirkab və yağış sularının idarəolunacağı qurğunun cari ilin ikinci yarısında […]

Zelenskidən nüvə silahı ilə bağlı XƏBƏRDARLIQ

“Dünya Vladimir Putinin Ukraynada taktiki nüvə silahından istifadə etməsinə hazır olmalıdır”. Cumhuriyyet.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O qeyd edib ki, bundan yalnız Ukrayna deyil, bütün dünya narahat olmalıdır. Zelenskinin sözlərinə görə, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadə edə bilər.

Ukraynada müharibə ilin sonunadək davam EDƏ BİLƏR

ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun müttəfiqlərinə Ukraynadakı müharibənin ilin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə CNN telekanalı adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb. Mənbələr Donbasdakı döyüşlərin 4-6 ay arasında davam edəcəyini proqnozlaşdırır. Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Ukrayna Baş Qərargahının […]

Dərman vasitələrinin qeydiyyatı qaydaları dəyişdi

Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydalarına dəyişiklik edilib. Cumhuriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək. Qeyd […]

Sığorta haqlarının verilmə qaydası DƏYİŞDİ

Nazirlər Kabineti “Sığorta ödənişinin verilməsi Qaydası”na dəyişiklik edib. Cumhuriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 35 aydan 30 aya endirilib. Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən […]

Sabiq icra başçısının 5 milyon manatlıq əmlakı – SİYAHI

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin əmlakları müsadirə olunub. Cumhuriyyet.az APA-ya istinadən əmlakların siyahısını təqdim edir: Səbail rayonu, Mətbuat prospektində yerləşən mənzil Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən qeyri-yaşayış sahəsi Yasamal rayonu Qurban Xəlilov […]

Ukraynanı 4,8 milyon insan tərk etdi

Ukraynada hərbi əməliyyatların başladığı gündən, yəni fevralın 24-dən aprelin 14-dək ölkəni 4,8 milyona yaxın qaçqın tərk edib. Cumhuriyyet.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib. Qeyd olunub ki, son sutka ərzində 56 421 nəfər Ukraynadan gedib.

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə GÖRÜŞDÜ

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb. Nazirlər Kabinetindən Cumhuriyyet.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər […]

“Toyda siyahı yazmaq İlkinə tapşırılmışdı, gecə 1-də…” – Nərmin işində qalmaqallı ifadə

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cumhuriyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə baş tutan prosesdə iki məktəbli – Şəmsiyyə Abdiyeva və Sevinc Abdullayeva ifadə verib. Onlar Nərmin Quliyeva itkin düşdüyü gün onu əmisigilin […]

Efirində dava-dalaş olan televiziyalara XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan Respublikası Audiovizual Şurası televiziya yayımçılarına xəbərdarlıq edib. Bu barədə qurumdan Cumhuriyyet.az-a məlumat verilib. Bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930