Rusiyaya daha bir sanksiya

Kanada Rusiyaya qarşı sanksiya siyahısına daha 14 şəxsi daxil edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kanada hökumətinin məlumatında deyilir. Siyahıda Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, iş adamları Mixail Fridman və Petr Aven də var. Qeyd edilir ki, sanksiya siyahısına daxil edilənlərin Kanadadakı mümkün aktivlərin dondurulması və ölkəyə girişin qadağan edilməsi nəzərdə tutulur.

Putindən Ermənistan-Türkiyə münasibətləri ilə bağlı AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın birgə bəyanatında bildirilir. “Vladimir Putin və Nikol Paşinyan Rusiyanın yardımı ilə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayıb”, – deyə açıqlamada qeyd olunur.

Putin və Paşinyan bu mövzularda RAZILIĞA GƏLDİ

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli görüşdə danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. “Onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri […]

“10 min yaralı əsgəri müalicə etməyə hazırıq” – Baş nazir

Polşa səhiyyəsi Ukrayna ordusunun ən azı 10 000 yaralı hərbçisini müalicə etmək gücünə malikdir. Cumhuriyyet.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib. Moravetski bu gün Ukraynanın qərbindəki Lvov şəhərinə səfər edib. O, burada 300-350 qaçqın üçün nəzərdə tutulan və Polşanın maliyyəsi ilə hazırlanan şəhərciyin açılışında iştirak edib. “Lazım gəlsə, ən azı 10 […]

Paşinyan Moskva səfərindən öncə Putini hiddətləndirib

Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 19-da gerçəkləşən Moskva səfərindən bir gün öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə müzakirə aparması Kremldə yaxşı qarşılanmayıb. Cumhuriyyet.az-ın məlumatına görə, bunu rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov deyib. Onun sözlərinə görə, əgər baş nazir və ya onun xarici işlər naziri konkret ölkəyə […]

Putinə yaxın olan milyarderin arvadı və qızı ilə birgə müəmmalı ölümü

Rusiyalı milyarder Vladislav Avayev, onun hamilə həyat yoldaşı və 13 yaşlı qızı Marianın meyitləri tapılıb. Cumhuriyyet.az xəbər verir ki, meyitlər milyarderin digər qızı tərəfindən aşkar edilib. Rusiyanın ən böyük banklarından biri olan “Qazprombank”da menecer işləyən Avayev Putinə ən yaxın adamlardan biri kimi tanınırdı. İlkin araşdırma zamanı hər üç şəxsin güllə yarasından öldüyü müəyyənləşib. Atəş açılan […]

Moskvada Putin-Paşinyan görüşü keçirilir

Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü başlayıb. Cumhuriyyet.az “Armenpress”ə istinadən xəbər verir ki, təkbətək keçən görüş Novo-Oqarevoda baş tutub. Putin və Paşinyan kiçik dəyirmi masa arxasında kreslolarda oturublar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun daha əvvəl verdiyi məlumata görə, Ermənistan baş nazirinin Moskvaya səfəri zamanı ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır. […]

“Mən onun səylərini dəstəkləyirəm” – Şarl Mişel Paşinyanla danışığını ŞƏRH ETDİ

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyanla dünənki telefon danışığını şərh edib. Cumhuriyyet.az-ın məlumatına görə, Şarl Mişel özünün “Tviter” səhifəsində yazıb ki, diplomatik səylərin məqsədi Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyidir. Şarl Mişel qeyd edib ki, o, dünən Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldəki son danışıqları davam etdirib. Mişelin sözlərinə görə, o, […]

Prezidentin sərəncamı 4500 nəfərə şamil olunacaq

Prezident İlham Əliyevin imzaladığı yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 19 aprel 2022-ci il tarixli Sərəncam həmin kateqoriyadan olan vətəndaşlara dövlət başçısının yüksək diqqət və qayğısının […]

ABŞ səfiri: “Bakı və İrəvanla danışıqlar aparırıq”

“Amerika Birləşmiş Ştatları (ABŞ) həm Azərbaycan, həm də Ermənistanla fəal şəkildə iş aparır”. Cumhuriyyet.az-ın məlumatına görə, bunu Modern.az saytına özəl açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib. Diplomat ABŞ-ın rəsmi Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarını dəstəklədiyini vurğulayıb. “Amerika iki ölkə arasında sülh müqaviləsini dəstəkləyir. Hər iki tərəflə danışıqlar aparılır”, – deyə səfir vurğulayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930