Bakıda ana iki azyaşlı uşağını sığınacağa atıb, qaçdı – VİDEO

Bakıda ana iki azyaşlı uşağını qadın və uşaq sığınacağına atıb qaçıb. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Bildirilib ki, uşaqlar atılarkən çox baxımsız və ac olublar. Mehriban Zeynalova həmin ananın böyük qızını bir neçə ay əvvəl evdən qovduğunu və o qızın da sığınacaqda yaşadığını qeyd edib.

Emin Əmrullayev kurikulumla bağlı əmr verdi

Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumlar təsdiq edilib. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları aşağıdakılardır:   Azərbaycan dili Azərbaycan tarixi Biologiya Coğrafiya Ədəbiyyat Fizika Kimya Riyaziyyat

Prezidentdən tapşırıq-Zəngilanda təxirəsalınmaz işlərə başlanmalıdır

Zəngilan rayonunda böyük turizm potensialı vardır. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi […]

Zəngilan üzrə xüsusi nümayəndə iki məşhurun nəvəsidir – Babası Prezidentin mətbuat katibi olub

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vahid Hacıyevi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda özünün xüsusi nümayəndəsi təyin edib. Cumhuriyyet.az saytı Vahid Hacıyev barədə yeni məlumatlar öyrənib. Məlum olub ki, o, əslən Şuşadan olan tanınmış nəslin nümayəndəsidir. Qeyd edək ki, Zəngilan üzrə xüsusi nümayəndə bu təyinatadək Azərbaycanın kənd təsərrüfatı üzrə ixtisaslaşan böyük şirkətlərindən […]

“Qarabağ Azərbaycanındır” – Paşinyan ETİRAF ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin Qarabağ nizamlanması üzrə danışıqların nəticəsiz qalması ilə bağlı ittihamlarına cavab verib. Cumhuriyyet.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bu barədə Paşinyan parlamentdə keçirilən hökumət saatında danışıb. “Danışıqlar prosesi 2018-ci ilin aprelində parlamentin tribunasında danışan eks-prezident Serj Sarkisyan tərəfindən iflasa uğradılıb. Üçüncü prezident deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə […]

İlkin Süleymanov məhkəmədə ifadə verib

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanov məhkəmədə sərbəst ifadə verib. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov həbs olunandan sonra qətli boynuna götürmək üçün təzyiqlərə məruz qalmasından danışıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, ona məcburi qaydada etiraf ərizəsi yazdırıblar: […]

Yayda pandemiya yenidən tüğyan edəcək – İsrailli tədqiqatçı

İsrailli tədqiqatçılar yayda “Delta” ştammının geri qayıtması səbəbindən qlobal koronavirus hadisələrinin yeni dalğasının mümkün ola biləcəyini düşünürlər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb. Negev Ben-Qurion Universitetinin professoru Ariel Kushmaro qeyd edib ki, pandemiya hələ bitməyib. Ehtimal edilir ki, yeni dalğa gec-tez, yayda və ya yayın sonunda başlayacaq. Qeyd edək ki, […]

Prezident Şərqi Zəngilan üzrə xüsusi nümayəndəsinə tapşırıqlar verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Siz bu gün Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilirsiniz. Sizi təbrik edirəm […]

Prezident Zəngəzur dəhlizindən danışdı: “Çoxlu müraciətlər daxil olub”

“Biz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəyik, tam yeni nəqliyyat dəhlizi açılacaq. Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq”. […]

Müharibə veteranlarına 1500 manat verildi

Prezident İlham Əliyevin 19 aprel 2022-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müharibədə iştirak etmiş şəxslərin – 81 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəyib. Nazirlikdən Cumhuriyyet.az-a verilən məlumata görə, Sərəncamla Nazirlik həmçinin İkinci Dünya müharibəsində həlak olmuş […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031