Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK

Qida təhlükəsizliyi sahəsində çalışan işçilərə maaşdan əlavə pul veriləcək. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclis tərəfindən qəbul edilən “Qida təhlükəsizliyi” haqqında qanun layihəsində öz əksini tapıb. Yeni qanun layihəsinin 37-ci maddəsində qeyd olunur ki, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan […]

Vaksinasiya ilə bağlı son VƏZİYYƏT

Azərbaycanda son sutkada 3 565 nəfər vaksinasiya olunub. Cumhuriyyet.azxəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 358, ikinci doza vaksinlərin sayı 399 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 507-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 301 […]

Nazirlik hərbçilərimizin mülki ermənilərə atəş açması xəbərini TƏKZİB ETDİ

Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Bu xəbəri qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd olunub.

Bu günkü yoluxma SAYI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 849 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 60 nəfər aktiv xəstə sayını […]

Zakir Həsənovdan TAPŞIRIQ: “Döyüş hazırlığını artırın”

Mayın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik komandirləri cəlb olunub. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu […]

Əlilliyin təyini qaydaları dəyişəcək – VİDEO

  Bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əlillik dərəcəsinin təyini qaydaları dəyişdirilir. Yeni qaydalar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş sərəncama əsasən həyata keçiriləcək. Cumhuriyyet.az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza Xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib ki, yeni qaydalara əsasən, diaqnozla yanaşı, əlilliyi […]

Prezident Dövlət Agentliyinə pul ayırdı – SƏRƏNCAM

Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 kilometr)–Tanrıqulular avtomobil yolunun tikintisinə 2,1 milyon manat vəsait ayrılıb. Cumhuriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev “Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 km)–Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 kilometr)–Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait […]

Makron and içdi

Bu gün Fransa Prezidenti Emmanuel Makronun inauqurasiya mərasimi keçirilib. Cumhuriyyet.az xəbər verir ki, mərasim Yelisey Sarayında baş tutub. Tədbirdə 450-yə yaxın qonaq iştirak edib. Protokola əsasən, mərasim prezident seçkilərinin ikinci turunun rəsmi nəticələrinin oxunması ilə başlayıb. Seçkilərin nəticələrini Konstitusiya Şurasının rəhbəri Loran Fabius elan edib. Daha sonra Makron inauqurasiya nitqi ilə çıxış edib. O, Fransa […]

Din xadimləri bu hallarda işdən çıxarılacaq

Azərbaycanda İslam din xadimlərinin vəzifədən azad edilməsi qaydası müəyyənləşib. Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə məsələ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda əksini tapıb. Qaydalara əsasən, Din xadimi aşağıdakı əsaslar olduqda Komitə sədrinin əmri ilə […]

İllərlə davam edəcək müharibəyə hazır olmalıyıq – NATO

NATO Ukraynanı dəstəkləsə də, müharibənin tərəfi olmaq istəmir. Hərbi əməliyyatların digər ölkələrə keçməsindən yayınmaq lazımdır. Cumhuriyyet.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Welt am Sontag” nəşrinə müsahibəsində deyib. “Təəssüf ki, biz Ukraynada aylarla və hətta illərlə davam edə biləcək uzunmüddətli müharibəyə hazır olmalıyıq. Ukrayna uzun vədəli perspektivdə yalnız Sovet İttifaqından qalmış silahlarla […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031