Ermənilər Kəlbəcəri yenə ATƏŞƏ TUTDU

Mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.   Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.   Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Prezident özəlləşdirmə ilə bağlı qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.   Cumhuriyyet.az xəbər verir ki, qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir, habelə təklif olunan dəyişikliyə əsasən bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilib.   Belə ki, […]

İran prezidenti Şahin Mustafayevi qəbul edib

İran Prezidenti İbrahim Rəisi ölkəsində səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib. Cumhuriyyet.azxəbər verir ki, görüşdə ölkələr arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

Saxta diplomlu müəllimlər də sertifikasiya ala biləcək

Diplomu dövlət nümunəli olmayan müəllimlər də sertifikasiya imtahanına buraxılacaqlar.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlandırma tədbirində bildirilib.   Qeyd edilib ki, orta təhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışan şəxslər sertifikasiya imtahanlarına buraxılırlar. Dövlət nümunəli diplomu olmayan müəllimlər əgər təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışırlarsa, sertifikasiyadan keçə bilərlər.

Paşinyan-Əliyev görüşü bu tarixdə keçirilə bilər

Ermənistan və Azərbaycan liderləri – Nikol Paşinyan və İlham Əliyevin görüşü mayın 23-də Brüsseldə keçirilə bilər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Ermənistan rəsmiləri hələlik xəbərə şərh verməyib. Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə […]

İmtahan suallarını satanlar HƏBS EDİLDİ

Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün hüquq verən beynəlxalq səviyyəli imtahan proqramı suallarının qabaqcadan qanunazidd şəkildə ayrı-ayrı şəxslərə satışını təşkil edən şirkət rəhbəri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti strukturu ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla […]

Paşinyan siqaret alverinə başladı

İqtisadi böhran içində olan Ermənistan qeyri-qanuni siqaret və brilyant ticarətilə məşğuldur.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.   Bildirilib ki, şimali İraqda satılan qaçaq siqaretlərin əksəriyyəti Ermənistandan gətirilir. Qanunsuz ticarət şəbəkəsi Ermənistanın baş naziri Nikol Paşinyana qədər uzanır.   Məlumatda qeyd olunub ki, illərdir qanunsuz biznes fəaliyyəti ilə beynəlxalq hüququ […]

Partiya sədri olan deputat Prezident Administrasiyasına ÇAĞIRILDI

Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı olaraq, mayın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ilə görüş keçirib.   Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən Cumhuriyyet.az-a bildiriblər ki, görüşdə şöbə müdiri Ədalət Vəliyev ölkəmizdə siyasi […]

“Putinlə əlaqələri kəsmək fikrim yoxdur” – Ərdoğan

Rusiya-Ukrayna müharibəsinə gəlincə, biz hazırda həm Rusiya, həm də Ukrayna ilə bağlı balans siyasəti aparırıq.   Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşü zamanı deyib.   “Bu balans siyasətində, şübhəsiz ki, cənab Putin və ya cənab Zelenski ilə əlaqələri kəsmək fikrim yoxdur. Mən Putin və Zelenski ilə telefon diplomatiyamı davam […]

Ərdoğan: “İsveç terrorçuların yuvasıdır”

NATO təhlükəsizlik təşkilatıdır, bu səbəbdən ora terror təşkilatlarını qəbul edə bilmərik.   Cumhuriyyet.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşü zamanı deyib.   O bildirib ki, yeni üzvlərin qəbul olunması üçün tam razılıq tələb olunur:   “Bir ölkə “yox” desə, qəbul edə bilməzlər. NATO təhlükəsizlik qurumudur, oraya terror təşkilatlarını qəbul edə bilmərik. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031