Şarl Mişel İlham Əliyevlə səmimi söhbət etdi

Mayın 22-də Brüsselə səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü diqqət çəkib.   Cumhuriyyet.az xəbər verir ki, rəsmi təkbətək görüşdən əlavə, ayaqüstü səmimi söhbət də olub.   Rəsmi görüşöncəsi söhbət zamanı liderlərin bir-biri ilə səmimi münasibətləri görüşdə iştirak edən media nümayəndələrinin diqqətindən qaçmayıb.   İkili cari məsələlərin müzakirəsi ilə […]

Brüsseldə üçtərəfli görüş BAŞLADI – FOTO

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Xəbər yenilənəcək.

Çavuşoğlu Stoltenberqlə danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.   Telefon danışığı zamanı İsveç və Finlandiyanın alyansa üzvlük məsələsi müzakirə olunub.   Qeyd edək ki, Türkiyə iki ölkənin Alyansa qoşulmasına müsbət yanaşmadığını rəsmən bəyan edib.

Şarl Mişel: “Vasitəçilik səylərini davam etdirəcəyik”

Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında vasitəçilik səylərini davam etdirəcək.   Cumhuriyyet.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşündə deyib.   Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə edib, vasitəçilik səylərini davam etdirəcəyini bildirib […]

5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır

Azərbaycanın təqdim etdiyi 5 prinsip sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayır.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşündə bildirib.   Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında Sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası […]

“Sülh müqaviləsinin sürətli hazırlanacağına ümidvarıq” – Prezident

“Bu ilin aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirib və bu xüsusda danışıqlara hazırdır”.   Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının […]

Bayden “Meymun çiçəyi”ndən danışdı: “Narahatıq”

ABŞ prezidenti Co Bayden “Meymun çiçəyi” xəstəliyi barədə danışıb.   Cumhuriyyet.az xəbər verir ki, o, Yaponiyaya səfər edərkən jurnalistlərin suallarını cavablandırıb.   Bayden bildirib ki, Avropada və ABŞ-da “Meymun çiçəyi”nin aşkarlanması hər kəsi narahat etməlidir.   “Ona narahatedicidir ki, yayılarsa, nəticələri olacaq”, – ABŞ prezidenti virusun yayılmasını şərh edərkən deyib. O əlavə edib ki, hansı […]

Paşinyan da Şarl Mişellə GÖRÜŞDÜ

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşüb.   Cumhuriyyet.az xəbər verir ki, Şarl Mişel Nikol Paşinyanı qarşılayıb.   Daha sonra onlar birgə foto çəkdiriblər.   Bundan öncə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.

Kraliçanın şərəfinə 8 şəhər salındı

Böyük Britaniyada 8 yeni şəhər salınıb. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni şəhərlər Kraliça II Elizabetin Yubileyinin qeyd olunması şərəfinə yaradılıb. Məlumata görə, Folklend adalarının Stenli, Şimali İrlandiyanın Banqor, Şotlandiyanın Dunfermline, Uelsin Wrexham, Men Adasının bir hissəsi olan Duqlas, Kolçester, Donkaster və Milton Keyns yeni yaradılan şəhərlərdir.

Rusiya və Belarus dərmanlarına qadağa qoyuldu

Ukrayna parlamenti Rusiya və Belarusda istehsal olunan dərman vasitələrinin ölkəyə idxalına qadağa qoyulması haqqında qanunu ikinci oxunuşda qəbul edib.   Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Xalqın xidmətçisi” partiyası məlumat yayıb.   Bildirilib ki, Ali Rada ikinci oxunuşda Rusiya və Belarusda istehsal olunan dərman vasitələrinin idxalına qadağa qoyulması haqqında qanun layihəsini qəbul […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031