İlham Əliyevin Romaya səfəri gözlənilir

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az xəbər verir ki, təbrikdə deyilir: “Cənab Prezident. Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına İtaliya Respublikası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bir neçə gün əvvəl Bakı ilə Roma arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi […]

Prezident və xanımına Zəngilanın Baş planı təqdim olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya mayın 26-da Zəngilan şəhərinin Baş planı təqdim olunub.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.   Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər.

Zəngilanda İşğal və Zəfər muzeylərinin təməli qoyuldu

Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.   Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

İlham Əliyev xanımı ilə Zəngilana getdi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonuna səfər ediblər. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.  

Azərbaycanda siqaret bahalaşdı

Bu gün Azərbaycanda bəzi siqaretlərin qiyməti qalxıb.   Cumhuriyyet.az “Trend”ə istinadən xəbər verir ki, qiymətlər 10-30 qəpik civarında artıb.   Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.   Ümumilikdə, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 10 qəpik bahalaşıb.   Ölkəmizdə ən böyük siqaret istehsalçısı […]

Prezident birinci xanımla Füzuli və Cəbrayılda – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Cumhuriyyet.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər. […]

Azərbaycan erməni hərbçini geri qaytardı

Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov ölkəsinə geri qaytarılıb.   Cumhuriyyet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.   Xatırladaq ki, əsgər Eduard Arturoviç Martirosov bu il aprelin 23-də Azərbaycan ərazisinə keçərkən Zəngilanda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdı.

Ceyhun Bayramov Bağdad Amreyev ilə görüşdü

Mayın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb.   Cumhuriyyet.az xəbər verir ki, görüş zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət, habelə Azərbaycanın təşkilatın işində fəal iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.   Nazir Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının zəngin gündəliyinə istinad […]

Daha 5 min nəfərə “Müharibə veteranı” adı VERİLƏCƏK

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5000 nəfərdən artıq vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.   Bu barədə Cumhuriyyet.az-a nazirlikdən məlumat verilib.   Bildirilib ki, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra […]

Səlim Müslümovun atası sevincindən AĞLADI

Xəbər verdiyimiz ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.   Cumhuriyyet.az xəbər verir ki, sabiq nazirin atası Yanvar Müslümov Modern.az-a açıqlamasında məhdudiyyətli olsa da, oğlunun azadlığa çıxmasına çox sevindiyini bildirib. Bununla belə, o, S.Müslümovun səhhətilə bağlı nigaranlığını ifadə edib:   “Səlim hazırda […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031