Ceyhun Bayramov Bolqarıstana getdi

Mayın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasına rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Cumhuriyyet.az-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikası və Bolqarıstan Respublikası xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoq görüşünün, həmçinin Bolqarıstan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Türkiyə və Yunanıstan arasında gərginlik artır

Türkiyə və Yunanıstan arasında gərginlik yenidən gündəmə gəlib.   Cumhuriyyet.az xəbər verir ki, yunan mediası Egeydə, Şərqi Aralıq dənizində və Kiprdə gərginlik yaşana biləcəyini iddia edib.   Yunanıstanın CNN telekanalında gündəmdə Türkiyənin olduğu açıq olaraq bildirilib.   Sözügedən xəbərlərdə Yunanıstan hökuməti Ankaranın önümüzdəki həftələrdə qaçqın böhranından sui-istifadə etməsini gözlədiyini qeyd edilib.   Bundan başqa Yunanıstanın […]

Ermənistanda polis etirazçıları döydü – Xəsarət alanlar var

İrəvanda hökumət binası yaxınlığında təşkil olunan etiraz aksiyasının 4 iştirakçısı polislə toqquşma zamanı xəsarət alıb, onlar İrəvan Dövlət Universitetinin xəstəxanasına yerləşdiriliblər.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Universitetin nümayəndəsi Şuşan Danielyan sosial şəbəkədə məlumat paylaşıb.   “Hökumət binası ilə bitişik ərazidən 4 nəfər birinci universitet xəstəxanasına aparılıb. Onların vəziyyəti stabil qiymətləndirilir. Hazırda onların həyatı […]

Milli Qəhrəmanın oğlu Avropa çempionu oldu – VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.   Cumhuriyyet.az-ın məlumatına görə, 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb. Rəqibini məğlub edən Məhərrəmov qızıl medal qazanıb.   Mükafatlandırılma mərasimində Azərbaycan təmsilçisinin şərəfinə Dövlət Himni səsləndirilib.   […]

Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşüb. Cumhuriyyet.az Ria Novosti-yə istinadən xəbər verir ki, prezident iclasda xarici siyasət və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinin müzakirəsini təklif edib. “Biz bir-biri ilə əlaqəli olan bir neçə məsələni müzakirə edəcəyik. Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasının işi çərçivəsində ən mühüm iki sahəni – Rusiyanın xarici siyasəti […]

AzTV-yə 1 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.   Cumhuriyyet.az-ın xəbərinə görə, Sərəncamda deyilir:   “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə məxsus AzTV, Mədəniyyət TV, […]

Azərbaycanda “COVID-19” qurbanlarına abidə qoyulsun – TƏKLİF

Tanınmış həkim, ictimai fəal Səxavət Əlisoy Azərbaycanda koronavirus qurbanlarının xatirəsinə ümumi bir abidə qoyulmasını təklif edib. Cumhuriyyet.az-ın məlumatına görə, S.Əlisoy söhbətin 10 minə yaxın mərhumdan getdiyini vurğulayaraq, hökumətə çağırıb edib: “Pamdemiya 10 minə yaxın soydaşımızın ömrünə son qoydu. Fikrimcə, bu insanların xatirəsi tarixə düşsün deyə bir abidəyə ehtiyac var”. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına […]

Eks-prezident Ukraynanı tərk edə bildi

Ukrayna Ali Radasının deputatı, ölkənin beşinci prezident Petro Poroşenko üçüncü cəhddən sonra Polşa ilə sərhədi keçib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “Ukrainskaya pravda”ya bildirilib. Nəşr iddia edir ki, Poroşenko və onun ətrafına ölkəni tərk etməyə icazə verilib. Məlumatı xalq deputatı Viktoriya Syumar da təsdiqləyib, o, Poroşenkonun artıq Polşada olduğunu yazıb. Bundan əvvəl […]

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı verib. Cumhuriyyet.az xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına […]

Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

Mayın 31-i saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.   Bu barədə Cumhuriyyet.az-a Təhsil Nazirliyindən məlumat verilib.   Bildirilib ki, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.   Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031