Donbasda hər gün 100-ə yaxın Ukrayna əsgəri ölür

Hər gün Donbasdakı döyüşlərdə 100-ə yaxın Ukrayna əsgəri ölür, 500-ə yaxın hərbçi isə yaralanır.   Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Bratislavada keçirilən GLOBSEC beynəlxalq təhlükəsizlik forumunda deyib.   Prezident qeyd edib ki, ölkənin şərq tərəfində vəziyyət ağırdır.   “Döyüş gedir, dəyərlər uğrunda mübarizə gedir”, – Zelenski vurğulayıb. O, həmçinin bildirib ki, […]

Putinin yaxın dostunun məhkəməsi başlayır

Ukraynanın Dövlət İstintaq Bürosu (DİB) Ali Radanın deputatı Viktor Medvedçukun işi ilə bağlı ibtidai istintaqı başa çatdırıb.   Cumhuriyyet.az UNİAN-a istinadən xəbər verir ki, “Müxalifət Platforması – Həyat üçün” partiyasından olan deputat Viktor Medvedçukun işi ilə bağlı ittiham aktı məhkəməyə təqdim edilib.   Ətraflı İş üzrə Viktor Medvedçuk dövlətə xəyanətdə və müharibə qanunlarını pozmaqda ittiham […]

İlham Əliyev Kraliçanı TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az xəbər verir ki, məktubda deyilir: “Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən […]

ABŞ Qod Nisanova SANKSİYA tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.   Cumhuriyyet.az xəbər verir ki, ümumilikdə Rusiya ilə əlaqəli 17 şəxs sanksiya siyahısına əlavə olunub.   Siyahıya Rusiyada yaşayan həmyerlimiz, milliyətcə yəhudi olan, Quba rayonunun məşhur Qırmızı qəsəbəsində dünyaya gəlmiş iş adamı, adı “Forbes”in milyaderlər siyahısında yer alan Qod Nisanov da daxil edilib.   Bundan əlavə, […]

Azərbaycan Rusiyaya uçuşları BƏRPA EDİR

Azərbaycanın milli aviadaşıyıcısı 15 iyundan etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edir.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.   Qeyd edilən tarixdən etibarən “AZAL” və “Buta Airways” aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir. […]

Bakı neft hasilatının artırılmasına RAZILAŞDI

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 29-cu iclasında gündəlik neft hasilatının iyulda 648 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.   Energetika Nazirliyindən Cumhuriyyet.az-a bildirilib ki, iyul ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 10 min barel artırılaraq 706 min barelə […]

Kamera yoldaşları İlkinin əleyhinə yalan ifadə verib – MƏHKƏMƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. Cumhuriyyet.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ifadəsini davam etdirən, təcridxanada İlkin Süleymanovla eyni kamerada saxlanılan Raqif Mirzəyev bildirib ki, kamera yoldaşları […]

Prezident italiyalı həmkarına məktub GÖNDƏRDİ

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.azxəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, İtaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Biz Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir […]

Zaxarova da “qara siyahı”ya düşdü

ABŞ Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovaya qarşı sanksiya tətbiq edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Sanksiya siyahısına 20-yə yaxın fiziki, həmçinin 15 hüquqi şəxs daxildir. Qeyd edək ki, sanksiyalar rusiyalılara məxsus 7 yaxta və 3 təyyarəyə da şamil olunub.

Üçtərəfli İşçi Qrupun növbəti iclasının vaxtı BƏLLİ OLDU

Azərbaycan, Rusiya və Ermənistanın Baş nazir müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun növbəti iclasının vaxtı açıqlanıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb. İclas sabah, iyunun 3-də Moskvada keçiriləcək. Qeyd edək ki, sonuncu dəfə baş nazir müavinləri 2021-ci ilin dekabr ayında görüşüb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930