ABŞ-dan Çini qəzəbləndirən ADDIM

ABŞ Tayvana 120 milyon dollar dəyərində hərbi satış həyata keçirəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb. Hərbi satış çərçivəsində döyüş gəmilərinin saxlanılmasına dəstək veriləcək. Satış barədə Konqresə məlumat verilib. Konqres razılıq verdikdən sonra gəmilər üçün ehtiyat hissələrin tədarükünə başlanılacaq. Tayvanın Müdafiə Nazirliyi dəstəyə görə ABŞ-a təşəkkürünü […]

Tibb işçilərinin maaşı ilə bağlı QƏRAR VERİLDİ

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il iyulun 1-dək uzadılıb. Qeyd edək ki, bu müddət […]

Ukrayna Putinə sanksiya tətbiq etdi

Ukrayna Prezident Vladimir Putin daxil olmaqla Rusiya rəsmilərinə sanksiya tətbiq edib.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.   Sanksiyalar müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov və Baş nazir Mixail Mişustinə də şamil edilib.

Rusiya XIN Lavrovun səhvini DÜZƏLTDİ

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun İrəvanda Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi bəyanata düzəliş edib.   Cumhuriyyet.az xəbər verir ki, Rusiya XİN mətbuat konfransının stenoqramını yayımlayıb.   Stenoqramda Rusiya XİN başçısının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edilib.   Lavrovun mətbuat konfransında səsləndirdiyi “Vəziyyətin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir. […]

Əməkdar müəllimlər imtahana çəkiləcək

Sertifikasiyanın ilk mərhələsində Əməkdar müəllimlər imtahan ediləcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov jurnalistlərlə görüşündə məlumat verib. O qeyd edib ki, fəxri adlar alan, Prezident mükafatına layiq görülən müəllimlərin sertifikasiya imtahanlarından kənarda qalması haqqında qərar yoxdur.

“Erməni icması Türkiyənin ayrılmaz hissəsidir” – Çavuşoğlu

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbul ermənilərinin patriarxı Sahak Maşalyan və Erməni Apostol Kilsəsinin Vatikan nümayəndəsi Xacaq Barsamyan ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə nazir tviter səhifəsində məlumat paylaşıb. “Erməni icması ölkəmizin ayrılmaz hissəsidir. Biz erməni icmasının tanınmış nümayəndələri ilə dialoqumuzu və təmaslarımızı davam etdirəcəyik”, – Çavuşoğlu vurğulayıb. Qeyd edək ki, […]

Yaşı 55-i keçən müəllimlər narahat olmasınlar – RƏSMİ

Yaşı 55-i keçən müəllimlərin sertifikasiya ilə bağlı narahatlığına aydınlıq gətirilib. Cumhuriyyet.az xəbər verir ki, Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun jurnalistlərlə görüşündə bildirdiyinə görə, yaşı 55-dən yuxarı müəllimlər təcrübəsinə və biliyinə arxayındırsa, imtahanlara görə narahat olmamalıdır. “Müəllimlər deyir ki, biz siyasətçilər, deputatlar yetişdirmişik, amma yaşa görə yaddaş zəifləyib. Hesab edirəm ki, əgər bir müəllim siyasətçi, deputat […]

VI-VII siniflərdə qiymətləndirmə imtahanı keçirilə bilər

Gələcəkdə VI-VII siniflərdə də qiymətləndirmə imtahanlarının keçirilməsi istisna edilmir. Cumhuriyyet.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib. O bildirib ki, artıq IV siniflərin monitorinq imtahanı keçirilib: “Bu imtahanların keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının öncədən öyrənilməsidir. Əvvəllər yalnız 9-cu sinifdə qiymətləndirmə olurdu”.

İlham Əliyevdən iranlı həmkarına BAŞSAĞLIĞI

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisiyə başsağlığı verib. Cumhuriyyet.az xəbər verir ki, başsağlığında deyilir: “Hörrmətli cənab Prezident, Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran […]

Prezident Zemfira Səfərovanı təltif etdi

Zemfira Yusif qızı Səfərova “Şöhrət” ordeni ilə təltif edilib. Cumhuriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan musiqişünaslığının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930