Paşinyan: “Həm Koçaryan, həm də Sarkisyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”

“Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan və üçüncü prezidenti Serj Sarkisyan, həmçinin onların orbitlərindəki siyasi partiyalar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıblar”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib. Bundan əlavə o, bildirib ki, danışıqlar prosesinin bütün tarixi ərzində onlar Qarabağ barədə “heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar. […]

Çin lideri Putinlə danışıqlar apardı

Çin lideri Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Çin Mərkəzi Televiziyasının məlumatına əsasən, dövlət başçıları dünyada hökm sürən qeyri-stabil vəziyyətə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı dinamik inkişafını saxladığını vurğulayıblar. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub.

Moskva Bakı və İrəvandan təklif gözləyir – Zaxarova

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını keçirməyə hazırdır. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. “Mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışladıq. Razılaşdırıldı ki, ikinci görüş Moskvada keçirilsin. Biz öz tərəfimizdən ən yaxın vaxtda […]

Ərdoğanla NATO rəhbəri arasında vacib müzakirə

NATO-nun Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Baş katib tvitter hesabında məlumat paylaşıb. “NATO sammiti öncəsi Prezident Ərdoğanla konstruktiv söhbətimiz oldu. Biz Türkiyənin terrorizmlə mübarizədə qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılmasının və Finlandiya ilə İsveçin NATO-ya üzvlük prosesində irəliləyişin əldə edilməsinin vacibliyini […]

Rusiya XİN-dən Fərrux kəndi ilə bağlı YENİ AÇIQLAMA

Sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın Fərrux kəndi ilə heç bir əlaqəsi yoxdur.   Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.   “Ümid edirik ki, komissiyanın fəaliyyətə başlaması Bakı və İrəvan arasında etimadın yüksəlməsinə, Azərbaycan- Ermənistan sərhədində və sülhməramlıların məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək […]

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstək yüksək qiymətləndirildi. Paytaxtımızda keçiriləcək IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirdə […]

Türkiyə XİN-dən Şuşa Bəyannaməsi ilə bağlı PAYLAŞIM

Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan ittifaqı daha da möhkəmləndi. Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib. “15 iyun 2021-ci il tarixində cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və can Azərbaycanın Prezidenti cənab İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan ittifaqı daha da möhkəmləndi. İldönümü mübarək olsun!”, – deyə […]

Zelenski danışıqlara məcbur olacaq – Makron

“Ukrayna Prezidenti Volodimir Zelenski və hakimiyyətin digər nümayəndələri Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Rumıniyaya səfəri zamanı bildirib. Makron Avropa İttifaqı ətrafında görünməmiş geosiyasi vəziyyətin formalaşdığını vurğulayıb. Bu mənada, o hesab edir ki, Zelenski Moskva ilə danışıqlara məcbur qalacaq.

Lavrov Azərbaycana gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, Lavrovun Bakıya işgüzar səfərinin iyunun 23-24-də baş tutacağını açıqlayıb.

Vətən müharibəsi ilə bağlı çoxseriyalı film çəkilir

İşğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsin yenidən bərqərar olunmasında dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir. Cumhuriyyet.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda deyib. Nazir bu prosesə qardaş Türkiyənin də dəstək göstərdiyini diqqətə çatdırıb. Kino sahəsində Azərbaycanla Türkiyənin fəal əməkdaşlığa başladığını deyən nazir bildirib ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930