Əli Əsədov Baş katiblə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Əl-Ğeytlə görüşüb. Nazirlər Kabinetindən (NK) Cumhuriyyet.az-a verilən məlumata görə, görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, tədbir çərçivəsində keçirilən müzakirələrin və fikir mübadiləsinin qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına töhfə verəcəyinə əminlik ifadə olunub. Dünyada […]

Azərbaycandakı işsizlərin SAYI

2022-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5325,7 min nəfər olub, onlardan 5012,4 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK) Cumhuriyyet.az-a verilən məlumatda bildirilib ki, cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1701,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 904,0 min nəfər, qeyri-dövlət sektorunda […]

Şəhid Elvin Abbasovun anım mərasimi keçirilib- Fotolar

Bu gün “Monte Karlo” şadlıq sarayında Nizami rayon sakini şəhid Elvin Abbasovun anım mərasimi keçirilib. TİA.AZ bildirir ki,şadlıq sarayının rəhbərliyi tərəfindən təşkil olunan mərasimdə rayon icra hakimiyyətinin başçısı və rayonun digər rəhbər şəxsləri, qazilər, şəhid valideynləri və media nümayəndələri iştirak edib. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə […]

İkinci Dünya Müharibəsinə aid sevgi məktubları tapıldı – FOTO

İngiltərədə İkinci Dünya Müharibəsi zamanı yazılmış 20-yə yaxın sevgi məktubu tapılıb. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, məktubları ingilis mühəndis satılan iqamətgaha baxış keçirərkən aşkar edib. Riding şəhərindəki boş bir evdə tapılan məktubların bəziləri əllə, digərləri isə çap maşını ilə yazılıb. Məktublar həmin şəhərdə yaşayan Ronni Stoun və vaxtilə hava qüvvələrində xidmət etmiş Frenki […]

Vilyam Hacıyevin puldan xəbəri yoxdur – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Cumhuriyyet.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib. V. Hacıyevin vəkili ittiham tərəfinin sübut hesab etdiyi sənədlərin məhkəmədə elan olunmasını istəyib. Prosesdə iş üzrə baxış protokolları ilə yanaşı İmişli rayon […]

Yeni doğulan əkizlərin sayı ARTIB

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 40036 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən (DSK) Cumhuriyyet.az-a verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (12,1) qalıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2 faiz, qızların xüsusi çəkisi isə 46,8 […]

Qanunsuz orqan köçürməsinə görə CƏZALAR

Azərbaycanda qanunsuz orqan köçürməsinə görə cəzalar müəyyən edilir. Cumhuriyyet.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliklərə əsasən, qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya […]

İlham Əliyev Maduro ilə videoformatda görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır. Xəbər yenilənəcək.

Evlənənlər artıb, boşananlar azalıb – Rəsmi RƏQƏMLƏR

Bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 18506 nikah və 5043 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Cumhuriyyet.az-a verilən məlumatda bildirilib. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə […]

Ən yüksək maaşı bu sahədə çalışanlar alır – RƏSMİ

2022-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 824,7 manat təşkil edib. Dövlət STtaitika Komitəsindən (DSK) Cumhuriyyet.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3606,1 manat, qeyri neft-qaz sektorunda 771,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 762,0 manat, özəl müəssisələrdə isə 897,6 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930