Qaribaşvili Paşinyanla nələri müzakirə etdi?

Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana işgüzar səfər edib. Cumhuriyyet.az xəbər verir, Qaribaşvili Dilicanda erməni həmkarı Nikol Paşinyanla görüşüb. İki ölkənin hökumət başçıları qeyd ediblər ki, yüksək səviyyəli intensiv təmaslar Ermənistan-Gürcüstan münasibətlərinin dinamik inkişafından və siyasi dialoqun yüksək səviyyədə olmasından xəbər verir. Tərəflər gündəmdəki məsələləri və Ermənistan-Gürcüstan əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Bundan əlavə, […]

Kadırov KTMT liderlərini sərt TƏNQİD ETDİ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiyaya “çətin vaxtlarda” heç bir faydası yoxdur. Cumhuriyyet.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. Kadırov təşkilat rəhbərlərini Qərbin sanksiyalarından qorxaraq susduqlarına görə qınayıb. KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. “Bizim mühafizəçilər, niyə susursunuz? Niyə qonşularınız haqqında danışmırsız?” – deyə Kadırov bildirib.

Latviyanın eks-prezidenti: “Azərbaycan liderliyi ələ alıb”

IX Qlobal Bakı Forumu açıq fikir mübadiləsi aparmaq üçün imkanlar yaradır. Ancaq məsələlər bu gün deyil, gələcəkdə həll olunması üçün araşdırılır. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlers deyib. “Adından da göründüyü kimi, Forumda müzakirə olunan mövzular lokal deyil, qlobal məsələləri əhatə edir. Ukraynadakı müharibə bir daha onu göstərir ki, […]

Bu il 120 milyonluq meyvə-tərəvəz İDXAL OLUNUB

Cari ilin beş ayında 209,7 min ton meyvə-tərəvəz idxal edilib. Dövlət Gömrük Komitəsindən (DGK) Cumhuriyyet.az-a verilən məlumata görə, idxal edilən meyvə-tərəvəzin dəyəri 119,4 milyon dollar olub. Xatırladaq ki, 2021-ci ilin yanvar-may aylarında dəyəri 110,3 milyon dollar olmaqla 205,3 min ton meyvə-tərəvəz idxal edilib.

Paşinyan Qaribaşvilini Ermənistana ÇAĞIRDI

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət üzvləri ilə birgə Ermənistanda işgüzar səfərdədir. Cumhuriyyet.az xarici KİV-lərə istinadən xəbər verir ki, birgünlük səfər Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti əsasında baş tutub. İ.Qaribaşvili İrəvana səfərdən sonra iyunun 20-21-də Qətərə yola düşəcək. O, Qətər İqtisadi Forumunun panel müzakirəsinə qatılacaq. İyunun 28-30-da isə hökumət başçısı NATO-nun Madrid sammitində iştirak […]

Ölkədə ət istehsalı ARTIB

Cari ilin yanvar-may aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3 faiz artaraq 220,1 min ton təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK) Cumhuriyyet.az-a verilən məlumata əsasən, həmin dövrdə süd istehsalı 1,9 faiz artaraq 890,9 min ton, yumurta istehsalı 3 faiz artaraq 824,8 milyon ədəd, barama istehsalı 2,9 dəfə artaraq 32,7 ton, […]

Prezident icbari sığorta ilə bağlı FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Cumhuriyyet.az-ın məlumatına görə, fərmana əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, […]

Azərbaycanda otel qiymətləri ucuzlaşa bilər – SƏBƏB

Pandemiyadan sonra Azərbaycanda qonaq evlərinin sayı sürətlə artır, bu isə turizm sektorunda rəqabətə və daha yaxşı xidmətin yaranmasına səbəb olur. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Turizm Agentliyinin Turizm Bürosunun Regional İnkişaf bölməsinin müdiri Hüseyn Məmmədov deyib. H.Məmmədovun sözlərinə görə, pandemiya dövründən sonra yerli turistlər Azərbaycanı kəşf etməyə başlayıblar: “Bu tendensiya regionlarda sahibkarlar tərəfindən bir […]

Donfird Paşinyanla Qarabağı MÜZAKİRƏ ETDİ

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvanda səfərdədir. Cumhuriyyet.az Ermənistan KİV-lərinə sitinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşən Karen Donfrid regiondakı prosesləri, Qarabağ münaqişəsinin həlli, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesini müzakirə ediblər.

Sabah 36 dərəcə isti olacaq

Sabaha olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən xəbərə görə, bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930