Prezident: Özbəkistanda baş verənləri diqqətlə izləyirik

Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik. Sizin uğurlarınıza sevinirik. Sevinirik ki, Şavkat Miromonoviçin başladığı islahatlar artıq nəticə verir. Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatı zamanı səsləndirib. Qazanılmış bütün nailiyyətlər münasibətilə qardaş özbək xalqını bir daha təbrik edən dövlətimizin başçısı deyib: “Aydındır ki, belə fundamental islahatlar üçün vaxt lazımdır. […]

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri GÖRÜŞDÜ

Cənubi Qafqazda regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun növbəti iclası keçirilib. Cumhuriyyet.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat yayıb. Görrüş Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub. Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüşüblər. Görüşün detalları hələlik mətbuata açıqlanmayıb.

İlham Əliyev Səmərqəndə səfər edəcək

“Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun”. Cumhuriyyet.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib. “Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox […]

Prezidentdən xəbərdarlıq – Səhvləri bağışlamayacağıq!

“Biz ciddi nəzarətçilərik, səhvləri bağışlamayacağıq, amma yaxşı nəticələr olsa onları tərifləməyə şad olarıq”. Cumhuriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatında deyib. “Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik. Sizin uğurlarınıza sevinirik. Sevinirik ki, Şavkat Miromonoviçin başladığı islahatlar artıq nəticə verir. Aydındır ki, belə fundamental islahatlar üçün vaxt […]

İlham Əliyevə Füzulinin əlyazmaları hədiyyə edildi

“Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim. Fikrimcə, bu, bizim sərvətimizdir”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib. “Özbəkistanda belə əlyazmalar çoxdur. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və […]

Hərbi əməkdaşlıq prioritet əhəmiyyət kəsb edir

“Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir”. Cumhuriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatında deyib. “Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. […]

Prezident: Bu gün sülhə və sabitliyə ehtiyac var

Daşkənddə Özbəkistan-Azərbaycan biznes forum çərçivəsində xeyli sənəd imzalanıb. Onların ümumi sayı iyirmiyə yaxındır. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə […]

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB

İyunun 21-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Cumhuriyyet.az xəbər verir ki, əvvəlcə Özbəkistan dövlətinin başçısı bəyanatla çıxış edib. Prezident Şavkat Mirziyoyevin bəyanatı – Hörmətli İlham Heydər oğlu. Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər […]

Baydenin İsrailə səfəri və İran müzakirəsi

ABŞ Dövlət katibi Entoni Blinken və İsrail xarici işlər naziri Yair Lapid arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Tərəflər ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə gözlənilən səfərini müzakirə ediblər. Qeyd olunub ki, Baydenin səfəri “prezidentin İsraillə dərin şəxsi əlaqəsini, ABŞ-ın regionda təhlükəsizliyin təmin […]

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi

İyunun 21-də “Kuksaroy” dövlət iqamətgahında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib. Cumhuriyyet.az xəbər verir ki, sonra konsert proqramı təqdim olunub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930