Ərdoğanın maaşı artdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maaşı artıb. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Ərdoğan 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Qanunda büdcəyə 880 milyard 474 milyon 775 min lirə vəsaitin əlavə edilməsi nəzərdə tutulub. Beləliklə, Prezidentin maaşı 141 min 453 lirəyə (14 000 AZN) yüksələcək.

Dövlət qulluqçuları təltif edildi – SİYAHI

Prezident İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Qurbanov Firudin İsa oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Bayramov Azər Əziz oğlu Dövlətxanov Dövlətxan Famil oğlu Həsənov Təbriz Oruc oğlu Rəsulova […]

AZAL Bakıdan Tbilisiyə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq. Bu barədə Cumhuriyyet.az-a “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə – bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 […]

Moskva Ermənistanla Azərbaycanın delimitasiya komissiyasını görüşdürəcək

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclası yaxın vaxtlarda Moskvada keçiriləcək. Cumhuriyyet.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib. “Azərbaycan və Ermənistanın ayrı-ayrı sərhəd rayonlarında təkrarlanan insidentlər, problemlər sərhədlərin delimitasiyası üzrə komissiyanın sistemli və müntəzəm işinin aktuallığını və zəruriliyini təsdiqləyir”, – Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya mayın […]

Zaxarova Azərbaycanla bağlı suala görə erməni jurnalisti SUSDURDU

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasını “mətbuat azadlığına növbəti hücum” adlandıran erməni jurnalistə tutarlı cavab verib. Cumhuriyyet.az-ın məlumatına görə, brifinq zamanı erməni jurnalistin sualını cavablandıran M.Zaxarova qeyd edib ki, Rusiya mövcud və yaranan problemləri öz tərəfdaşları ilə ikitərəfli formatda həll edir. “Hesab edirəm ki, […]

Ombudsmanın maaşının artırılmasına razılıq verildi

İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) maaşı artırılır. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manat olacaq. Bundan əlavə müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə […]

Büdcəyə dəyişikliklər ilk oxunuşda qəbul edildi – YENİLƏNİB

Milli Məclisdə cari ilin dövlət büdcəsinə dəyişiklik müzakirə olunub. Cumhuriyyet.az xəbər verir ki, parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında layihə müzakirəyə çıxarılıb. İclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və digər rəsmilər də iştirak ediblər. Layihəni […]

Bu sahələrə büdcədən pul ayrılacaq – SİYAHI

Büdcəyə yenidən baxılma zamanı gəlirlər və xərclər hesabına formalaşacaq 2986,0 milyon manat vəsaitin prioritet sahələrə yönəldilməsi nəzərdə tutulur. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsində nəzərdə tutulub. Hazırda Milli Məclisin plenar iclasında müzakirə olunan layihəyə əsasən, əlavə vəsaitin yönləndiriləcəyi sahələr aşağıdakılardır: – İşğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə […]

Lavrov Bakıda nəyi müzakirə edəcək – Zaxarova açıqladı

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfərinin gündəliyi açıqlanıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Zaxarovanın sözlərinə görə, Lavrovun Bakıda Azərbaycan Prezidenti ilə görüşü gözlənilir: “Bundan başqa, azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar planlaşdırılır. Səfər zamanı Moskvada 22 fevral 2022-ci il tarixində imzalanan […]

İranlı nazir Azərbaycana gəlir – SƏBƏB

İranın idman və gənclər naziri Seyid Həmid Səccadi Azərbaycana səfərə yola düşüb. Cumhuriyyet.az xəbər verir ki, nazir İslam Əməkdaşlıq Təşkilatının gənclər və idman nazirlərinin Daimi Şurasının iclasında iştirak edəcək. Seyid Həmid Səccadi Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930