Şavkat Mirziyoyev iğtişaşlar olan şəhərə getdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ötən gün iğtişaşların baş verdiyi Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə gedib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb. Bildirilib ki, dövlət başçısını digər rəsmi şəxslər müşayiət edirlər. Qeyd edək ki, ötən gün Konstitusiyaya dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişlər keçirilib. İctimai qaydanın pozulması hallarının qarşısının alınması məqsədilə əraziyə […]

Neftin bir bareli 380 dollara yüksələ bilər

G7 ölkələri Rusiya xammalına qiymət limiti tətbiq edərsə, neftin qiyməti bir barel üçün 380 dollara yüksələ bilər. Bu barədə ABŞ-ın “JPMorgan Chase & Co.” bankının analitikləri və ekspertləri proqnoz verib. Analitiklərin sözlərinə görə, Rusiya cavab olaraq neft hasilatını sutkada 5 milyon barel azaltmağa qərar verə bilər ki, bu da dünyanın əksər hissəsi üçün fəlakətli nəticələrə […]

DİM yay imtahanları ilə bağlı yeni məlumat YAYDI

I və IV ixtisas qrupları üzrə imtahanlarda iştirak etmək istəyənlər iyulun 4-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzindən Cumhuriyyet.az-a bildirilib ki, bu gün saat 18:25-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 19 min 487, IV ixtisas qrupu üzrə […]

İndiyədək vaksin olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2587 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 907, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 150 nəfərdir. […]

Son sutkada 33 nəfər koronavirusa YOLUXDU

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 793 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 333 nəfər müalicə olunaraq sağalıb, […]

Hərbi qulluqçumuz HƏLAK OLDU

Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun hərbi qulluqçusu texniki qəza nəticəsində həlak olub. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. “Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamalıyev Nurlan Elşən oğlunun iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olması faktını təsdiqləyirik”, – nazirlikdən bildirilib. Qeyd olunub […]

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirib

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər. Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.

DİM sədri 700 bal toplanılmamasını belə İZAH ETDİ

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanında abituriyentlər arasında maksimal 700 bal toplayanların olmaması məsələsinə münasibət bildirib. Cumhuriyyet.az “Report”a istinadən xəbər verir ki, M.Abbaszadənin sözlərinə görə buraxılış və qəbul imtahanlarında maksimal 700 bal toplanması ümumi prosesi xarakterizə etmir. DİM sədri deyib ki, kütləvi prosesi xarakterizə edən […]

Prezident şəhid qızını hakim təyin etdi

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Hacıyeva Sülhanə Sərdar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub. Cumhuriyyet.az unikal-a istinadən xəbər verir ki, Sülhanə Hacıyeva Birinci Qarabağ müharibəsi şəhidi Sərdar Hüseynovun qızıdır. Sərdar Hüseynovun özü Qubadlı Rayon Məhkəməsinin sədri olub. Sülhanə Hacıyeva isə hakim təyin olunmazdan öncə Zəngilan qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bu şəxslər meymunçiçəyinə yoluxmayacaq

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi virusunun diaqnostikası və müalicəsi üzrə hazırladığı klinik protokolda xəstəliyin ağır gedişatına görə risk faktorlarını müəyyən edib. Cumhuriyyet.az İSİM-in hazırladığı klinik protokola istinadən bildirir ki, virusun ağır halları daha çox uşaqlarda müşahidə edilir. Meymunçiçəyi xəstəliyinin ağırlaşması pasiyentin ümumi sağlamlıq vəziyyəti ilə əlaqədardır. Dərin immunçatışmazlığı daha ciddi nəticələrə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031