Zelenski Consona zəng vurub TƏŞƏKKÜR ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verən Boris Conson arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna tərəfi yayıb. Zelenski Consonun istefa qərarından təəssüfləndiyini bildirib. Prezident Zelenski Consona Kiyevə verdiyi dəstəyə görə təşəkkür edib və Ukraynadakı vəziyyət barədə məlumat verib.

Prezident Özbəkistanla bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin müvafiq sərəncamında deyilir. Sərəncama əsasən, komissiyanın tərkibində Baş nazirinin birinci müavini iqtisadiyyat naziri ilə əvəzlənib.

Kəlbəcərdəki mövqelərimiz atəşə TUTULDU

İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf […]

Zelenski Consonun istefasına belə REAKSİYA verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonun istefasına münasibət bildirib. Cumhuriyyet.az xəbər verir ki, CNN telekanalına müsahibə verən Zelenski Britaniyanın Ukrayna ilə bağlı siyasətinin dəyişməyəcəyinə əminliyini ifadə edib. Zelenski Consonu “Ukraynanın əsl dostu” adlandırıb. Qeyd edək ki, Conson bu gün vəzifəsindən istefa verdiyini açıqlayıb.

“MAGNA TRANS”da iki ildir şəriklər arasında gedən qalmaqal: MMC müflşləşmə həddinə çatıb

Şərikləri tərəfindən payına “göz dikilən” və qurduğu biznesi pis günə düşən Qarabağ Müharibəsi qazisi nə edəcəyini bilmir Dəyərli oxucularımıza təqdim etdiyimiz araz.az-ın bu yazısı da, linkləri bunlar olan ( http://araz.az/p/zhuend-m/20915-mazhna-trans-in-s-rik-s-hmdarlari-arasinda-galmagal-h-d-fd-lil-garabazh-muharib-si-gazisidir-i-tti-ham), (http://araz.az/index.php/dizh-r/saenin-statusun/23-redaktorun-secimi/21065-mazhna-trans-in-iki-gohum-s-hmdarinin-s-rikl-ri-leyhin-tor-tdikl-ri-b-d-m-ll-r-idztimai-ginazha-tus-zh-lir-i-tti-ham) ötən iki yazısının davamıdır və ölkə iqtisadiyyatının sürətli inkişafına nail olmaq üçün, ana xəttdəki ciddi islahatların yüksək səviyyədə həyata keçirilməsi qarşısında illərdi keçilməz əngələ çevrilən və tez-tez […]

Kremldən Consonun istefasına reaksiya – Bizi sevmirdi…

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın Baş naziri Boris Consonun istefasına münasibət bildirib. Cumhuriyyet.az TASS-a istinadən xəbər verir ki, Peskov Rusiya və Boris Consonun bir-birlərini qarşılıqlı şəkildə bəyənmədiyini bildirib. “Cənab Consona gəlincə, o, bizi sevmir, biz də onu sevmirik”, – Peskov deyib. Eyni zamanda, Kreml sözçüsü vurğulayıb ki, Consonun tezliklə istefası ilə bağlı […]

30 bağça müdiri işdən ÇIXARILDI

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir. Nazirlikdən Cumhuriyyet.az-a verilən məlumata görə, aparılmış monitorinqlər nəticəsində 30 nəfər çalışmanın yaş həddinə çatmış müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib. Belə ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.

Peyvənd olunanların yeni SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1600 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 437, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 854, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 151 nəfərdir. […]

40 yeni yoluxma, 1 ölüm – COVID STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib. İndiyədək ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 550 nəfər müalicə olunaraq […]

Prezident xalqı TƏBRİK ETDİ

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Cumhuriyyet.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031