Pərvin Abıyeva ilə adı çıxan deputata ittihamlar: Cavid Osmanov fərari və nurçudur?

Bu gün “TikTok” və digər sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə deputat Cavid Osmanov arasında sevgi münasibətlərinin olduğu barədə məlumat yayılıb. Bununla bağlı big.az-a açıqlama verən aktrisa bu xəbərə əsəbiləşərək deyilənlərin yalan oldugunu söyləyib:”Bu şəxsin adını ilk dəfə sizdən və bu yalan informasiyanı yayan şərəfsizdən eşidirəm!”Məlumat üçün cumhuriyyet.az olaraq bildirək ki, C.Osmanov ardıcıl iki dəfə […]

MİDA yaşanmayan mənzillərlə bağlı məsələyə aydınlıq gətirdi

MİDA alınan, lakin istifadə edilməyən mənzillərlə bağlı məsələyə aydınlıq gətirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə keçirdiyi brifinqdə Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı məlumat verib. O qeyd edib ki, vətəndaşın mənzil əldə etmək hüququ varsa, mənzil ala bilər: “Bundan istifadə edib-etməmək […]

Kibercinayət tərkibli əməllərin sayı artıb – DTX

“Son zamanlar informasiya texnologiyalarının inkişafı kibercinayət tərkibli əməllərin sayını artırıb”. Cumhuriyyet.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə keçirdiyi brifinqdə DTX nümayəndəsi Günel Hüseynova deyib. O qeyd edib ki, “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti […]

MİDA-nın nəticələri ləğv edildi – Yenidən seçim olacaq

“Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli […]

Zelenskinin xanımı uşaqları ilə müharibədən necə qaçdığı barədə ilk dəfə danışıb

Ukraynanın birinci xanımı Yelena Zelenskaya özünün və uşaqlarının aktiv döyüşlərdən necə qaçdığından ilk dəfə danışıb. Bu barədə o, “Time” nəşrinə səmimi müsahibəsində deyib. Zelenskayanın dediyinə görə, onun əvvəlcədən çamadanı yığmağa vaxtı olmayıb, buna görə də fevralın 24-də səhər tələsik bütün əşyalarını yığmağa başlayıb. O və uşaqları o qədər qorxublar ki, mümkün qədər tez bütün əşyalarını […]

Misir Mərdanov: “Televiziyada tərbiyəsi olmayan tərbiyədən danışır”

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib. Cumhuriyyet.az-ın xəbərinə görə, o, ağsaqqallar və veteranların təmsil olunduğu Qeyri-hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxış edərkən deyib ki, televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır. “Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdırlar. Bu məsələlər diqqətdə saxlanılmalıdır”, – […]

Zelenski: “Müharibə bu ilin sonunda bitə bilər, amma bir şərtlə ki…”

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, aktiv hərbi əməliyyatlar bu ilin sonuna qədər bitə bilər. Onun sözlərinə görə, tərəfdaşların köməyi Ukrayna ordusuna vaxtında çatarsa, bu işdə çox kömək edəcək. Cumhuriyyet.az-ın məlumatına görə, Zelenski bu barədə CNN telekanalına müsahibəsində bildirib. “Müharibə ilin sonuna qədər bitə bilərmi” sualına Zelenski belə cavab verib: “Əgər partnyorlarımızdan güclü silahlar […]

Azad olunan Ağdamda tikilən müasir evlər – VİDEO

İşğaldan azad edilən Ağdam rayonunda bərpa quruculuq işləri davam etdirilir. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı İTV süjet hazırlayıb. Süjetdə yeni salınan həyət evlərində işlərin yekunlaşdığı görünür. Qeyd edək ki, 23 iyul 1993-cü il tarixində Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. Ağdam rayonu 2020-ci ilin noyabrın 20-də işğaldan azad olunub. Ağdamda tikilən yeni evlərin […]

Lavrov G-20 toplantısını yarımçıq tərk etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən G-20 toplantısını yarımçıq tərk edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Lavrov rəsmi naharda iştirak etməyəcək, həmçinin günün ikinci yarısında G-20 nazirlərinin iclasına qatılmayacaq. Qeyd edək ki, G-20 ölkələrinin XİN başçıları Lavrovla birgə şam yeməyindən və […]

Prezidentdən 3,1 milyon manatlıq SƏRƏNCAM

Prezident İlham Əliyev Bərdə rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031