Axtarışda olan məktəblinin meyiti TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda Taxtakörpü su anbarında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub. Bu barədə Cumhuriyyet.az-a FHN-dən məlumat verilib. Meyitin su anbarından çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit sudan […]

Çin Ukraynadakı müharibəyə neytral yanaşmır – Blinken

ABŞ dövlət katibi Entoni Blinken Çinin Ukraynadakı müharibədə bitərəf olduğuna inanmır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, Bali adasında çinli həmkarı Vanq Yi ilə beş saatdan çox davam edən görüşdən sonra bildirib. O qeyd edib ki, Pekin BMT-də Rusiyanı dəstəkləyib və Rusiyayönlü təbliğatı artırıb. Blinken Çinin xarici işlər naziri ilə Rusiyanın Ukraynaya təcavüzünü müzakirə […]

Şairənin həbs edilməsi iddiaları ilə bağlı AÇIQLAMA

Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Cumhuriyyet.az-a bildirilib ki, yayılan iddialar əsassızdır: “Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.

Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

Yeni Zelandiyada meymunçiçəyinə ilk yoluxma aşkar edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ölkənin “Stuff News” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Oklend şəhərində 30 yaşlarında olan şəxsdə meymunçiçəyi virusu aşkarlanıb. Açıqlamada bunun “ölkədə qeydə alınan ilk meymunçiçəyi halı” olduğu bildirilib. Açıqlamada xarici səfərdən yeni qayıdan bu şəxsin vətənində təcrid olunduğu, sosial yoluxma əlamətinin olmadığı […]

İran uranın zənginləşdirilməsini gücləndirir

İran uranın zənginləşdirilməsi səviyyəsini 20%-ə qədər artırmaq üçün müasir texnologiyadan istifadə edir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi MAQATE hesabatına istinadən məlumat yayıb. Bildirilib ki, Fordo nüvə obyektində dəyişdirilmiş sentrifuqaların istifadəsi zənginləşdirmənin bir səviyyəsindən digərinə keçməyi asanlaşdıracaq. Texnologiya 5%-ə qədər zənginləşdirilmiş uranın daha yüksək səviyyəyə çatdırılması üçün istifadə olunur. IR-6 sentrifuqalarının istifadəsi uranın […]

Kəlbəcərə qanunsuz keçən Nazilə Səfərli həbs olundu, bir neçə polis işdən çıxarıldı

Şair Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib. Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər […]

Şri-Lanka Prezidenti bu tarixdə istefa verəcək

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də vəzifəsindən istefa verəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ölkənin “Newswire” xəbər portalı parlamentin spikeri Mahinda Yapu Abeivarden istinadən məlumat yayıb. Prezident spikerə müvafiq qərarı barədə məlumat verib. Qeyd edək ki, Şri-Lankada etirazçılar hökumət binasını yandırıblar. Onlar Rajapaksanın iqamətgahına soxulublar.

ABŞ 28 kubalıya qarşı viza məhdudiyyəti tətbiq etdi

Amerika Birləşmiş Ştatları Kuba Kommunist Partiyasının yüksək vəzifəli şəxsləri və dövlətin media nümayəndələri də daxil olmaqla 28 Kuba vətəndaşına ölkəyə giriş məhdudiyyəti qoyub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd edilir ki, bu şəxslər zorakı, ədalətsiz həbslərə, qondarma ittihamlarla məhkəmələrə və yüzlərlə etirazçıya onilliklərlə həbs cəzası verilməsinə və ya […]

Britaniyanın Baş naziri postuna daha bir NAMİZƏD

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps ölkənin baş naziri postuna namizədliyini irəli sürmək niyyətindədir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Sunday Times” nəşri məlumat yayıb. Nəşr qeyd edib ki, Şapps qalib gələrsə, diqqətini iqtisadiyyatın bərpasına yönəldəcəyini vəd edib. 53 yaşlı Qrant Şapps Conson hökumətində istefa verməyən bir neçə nazirdən biridir. Nazir uğurlu olarsa, ümummilli seçkilərin […]

Peyvənd olunanların yeni sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1680 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 013, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 123 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031