
Avropa dövlətləri ABŞ-ın ardınca İranla nüvə sazişindən imtina etmək qərarına gəliblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə üzrə komissiyasının sədri Aleksey Puşkov bildirib. O, “Telegram” kanalında qeyd edib ki, Tehran buna cavab olaraq Qərb dövlətlərinin əvvəlcədən xəbərdarlıq etdiyi tədbirləri görüb.
İyl 10 2022 | Posted in
Dünya |
Read More »

Bəzi media və sosial şəbəkə səhifələrində “Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi” ilə bağlı məlumat dərc edilib. Baş Prokurorluqdan Cumhuriyyet.az-a verilən məlumata görə, sözügedən şəxsin Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi […]
İyl 10 2022 | Posted in
Olay |
Read More »

Cari ilin birinci rübündə Azərbaycandan Avropaya tədarük olunan qazın dəyəri açıqlanıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Avropa qaz bazarındakı vəziyyətlə bağlı rüblük hesabatında deyilir. Avropa İttifaqı ölkələri 2022-ci ilin birinci rübündə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan 2,1 milyard avro həcmində qaz alıb. AK il ərzində Azərbaycandan tədarükün artdığını qeyd […]
İyl 10 2022 | Posted in
İqtisadiyyat |
Read More »

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibəti ilə Vətən Müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb. Cumhuriyyet.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri bayram günü şəhidlərimizin ailələrinə baş çəkib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, qurban payları təqdim olunub.
İyl 10 2022 | Posted in
Cəmiyyət |
Read More »

Ali və orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahan komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Bu barədə Cumhuriyyet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qabiliyyət imtahanı komissiyalarının siyahısı Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. Digər komissiyalar üzrə buraxılış vərəqələrinin yerləşdirilməsi haqqında məlumat veriləcək. İmtahana gələn abituriyentlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər: – imtahana […]
İyl 10 2022 | Posted in
Təhsil |
Read More »

Ukraynada Rusiya ordusunun genişmiqyaslı hərbi əməliyyatı zamanı yaralanan uşaqların sayı artıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu Telegram kanalında məlumat yayıb. 2022-ci il iyulun 10-u səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının silahlı əməliyyatının qurbanlarının rəsmi sayı son sutka ərzində dəyişməyib – 347. Yaralıların sayı isə artıb – 648 uşaq.
İyl 10 2022 | Posted in
Dünya |
Read More »

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası və USAİD tərəfindən yaradılmış Vahid Donor Etimad Fondu tərəfindən Ukraynaya 1,7 milyard dollar qrant ayrılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat yayıb. O bildirib ki, vəsait Ukraynanın dövlət büdcəsinə təmənnasız, geri qaytarılmadan cəlb olunacaq. Şmıqal qeyd edib ki, maliyyə tibbi zəmanət […]
İyl 10 2022 | Posted in
Dünya |
Read More »