Prezident 2021-ci il dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiqləyib. Cumhuriyyet.az-ın xəbərinə görə, 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285,0 min manat, xərclər 27 422 420,2 min manat məbləğində olmaqla təsdiq edilib. Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq […]

Azərbaycanla Türkiyə arasında daha bir vacib anlaşma: Bu dəfə əqli mülkiyyət…

Əqli mülkiyyət hüquqlarının qorunması Azərbaycanda dövlətin prioritet hesab etdiyi mühüm istiqamətlərdən biridir. TİA.Az-ın xəbərinə görə, bu məqsədlə ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi 2018-ci ildə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılan Azərbaycan Əqli Mülkiyyət Agentliyi ötən zaman kəsiyində kifayət qədər ciddi işlər həyata keçirib. Belə […]

I və IV qrupların imtahan vaxtı DƏYİŞDİ

Dövlət İmtahan Mərkəzi tərəfindən 20 və 21 iyul tarixlərində keçirilməsi nəzərdə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları qeydiyyatdan keçmiş abituriyentlərin sayı nəzərə alınaraq yalnız bir gündə – iyulun 21-də təşkil olunacaq. DİM-dən Cumhuriyyet.az-a verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda […]

Rusiyadan Ermənistan-Türkiyə danışıqlarına reaksiya

Rusiya Ermənistan və Türkiyə arasında yanvarın 14-də Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada başlanmış münasibətlərin normallaşması prosesini daim dəstəkləyir. Cumhuriyyet.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Biz Ermənistan-Türkiyə dialoquna bundan sonra da hər cür kömək etməyə hazırıq. Biz ondan çıxış edirik ki, bu, regionun maraqlarına, sabitliyinə və […]

Dünyada koronavirusa yoluxanlar artıb – ÜST

Son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayı 6 faiz artıb. Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir. Bu müddət ərzində yoluxmalarda ən çox artım Sakit okean regionunda (28 faiz) və Şərqi Aralıq dənizi regionunda (25 faiz) qeydə alınıb. İyulun 4-ü və 10-u arasında dünyada 5,7 milyon nəfər COVID-19-a yoluxub. […]

Səfir Polad Həşimovun anası ilə görüşdü – FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı milli qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Şəhidliyi ilə Vətən müharibəsinin başlanmasına zəmin yaradan qəhrəman komandir general Polad Həşimovu şəhadətinin ikinci ilində rəhmətlə anırıq. Səmayə anaya, qardaşı, bacısı, yoldaşı, övladları, silah yoldaşları, qəhrəman Azərbaycan ordusuna və […]

İlham Əliyev Makrona məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın dövlət başçısı Emmanuel Makrona təbrik məktubu göndərib. Cumhuriyyet.az-ın məlumatına görə, məktubda deyilir: – Hörmətli cənab Prezident, Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Bu il Azərbaycan-Fransa dövlətlərarası əlaqələrinin tarixində əlamətdar ildönümüdür. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz cari […]

Şəhidlər unudulmur unudulmayacaq

Mediaxeberleri.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin Gənc Konüllüləri və üzvləri İkinci Qarabağ müharibəsi şəhidi Mehdiyev Yasənin məzarını doğum günündə ziyarət edib. Meydiyev Yasən 21.10.2020-ci ildə Füzuli rayonu istiqamətində düşmən üzərinə hücuma keçən zaman qəhrəmancasına şəhid olub. Allahdan şəhidimizə rəhmət, ailəsinə səbr diləyirik

Türkiyədə yoluxma kəskin ARTDI

Türkiyədə koronavirusa həftəlik yoluxma kəskin artıb. Cumhuriyyet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 4-10 iyulda 117 min 95 yeni yoluxma aşkar edilib, 31 nəfər ölüb, sağalanların sayı isə 61 min 47 nəfər olub. Türkiyədə ilk COVID-19 xəstəsinin aşkar edildiyi 2020-ci il martın 11-dən indiyədək yoluxmaların sayı 15 milyon 297 min 539-a yüksəlib, 99 min 88 […]

Paşinyan Makronu Ermənistana dəvət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidentini ölkənin milli bayramı – Bastiliyanın alınması günü münasibətilə təbrik edib. Cumhuriyyet.az-ın məlumatına görə, Paşinyan qeyd edib ki, Ermənistan Fransa ilə minilliklər boyu mövcud olan zəngin erməni-fransız təmaslarına, eləcə də möhkəm sivilizasiya və dəyərlərə söykənən imtiyazlı dostluğu yüksək qiymətləndirir. Onun sözlərinə görə, Ermənistan Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031