Şoyqu əmr verdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada cəbhənin bütün istiqamətlərində hücuma keçmək üçün əmr verib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Sergey Şoyqu Rusiyanın Ukraynadakı “Cənub” və “Mərkəz” qoşunları qruplaşmasını təftiş edib. Nazir bütün əməliyyat zonalarında qrupların hərəkətlərinin daha da artırılması üçün lazımi göstərişlər verib”, – məlumatda bildirilib.

Ceyhun Bayramovun Mirzoyanla görüşü BAŞLADI

Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tvitter səhifəsində məlumat verib.

Zəngilanlılar Vətənə qayıdır – Hazırlıqlar başladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zəngilan rayonunun Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb. Bu barədə Cumhuriyyet.az-a TƏBİB-dən məlumat verilib. Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi olan Ağalı kəndinə birinci mərhələdə 41 məcburi köçkün ailəsinin (201 nəfər) köçürülməsi ilə bağlı tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Masazır Ailə Sağlamlıq Mərkəzində və Abşeron Rayon Mərkəzi Xəstəxanasında […]

Qaribaşvili Ararat Mirzoyanla da görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə keçiriləcək görüşü olub. İ.Qaribaşvili tərəflər arasında gələcəkdə dialoqun müsbət dinamikasının inkişafının vacibliyini qeyd edib. Görüşdə bölgədə sülh təşəbbüsü və onun regional münasibətlərin normallaşdırılmasındakı rolu müzakirə olunub. Tərəflər həmçinin Gürcüstan və […]

Ehtiyyatda olan hərbçilərin toplanışı davam edir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən “N” hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir. Müdafiə Nazirliyindən Cumhuriyyet.az-a verilən məlumata görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər. Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə GÖRÜŞDÜ

Ceyhun Bayramov Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Bu barədə Cumhuriyyet.az-aXarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Nazir Ceyhun Bayramov dəvətə görə təşəkkür edərək Azərbaycan Prezidenti və Baş naziri adından Gürcüstan Baş nazirinə ən xoş salamlarını çatdırıb. Azərbaycan və Gürcüstan arasında mövcud olan ənənəvi dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq […]

Nazirlikdən növbəti XƏBƏRDARLIQ:44 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az verilən məlumata görə, şimal-qərb küləyi 17-si axşamdan 21-i gündüzədək 15-18 m/s, arabir 20-23 m/s, 20-21-də yarımadanın bəzi yerlərində arabir 25 m/s olacaq. Azərbaycanın rayonlarında iyul ayının ikinci ongünlüyünün […]

Mirzoyan Ceyhun Bayramovla görüşmək üçün Tbilisiyə gəldi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə gəlib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri “Twitter”də bildirib. Qeyd edək ki, bu gün Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə görüşü keçiriləcək.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031