Təhsil Nazirliyindən döyülən məktəbli qızla bağlı AÇIQLAMA

Təhsil Nazirliyi məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi ilə bağlı açıqlama yayıb. Cumhuriyyet.az xəbər verir ki, açıqlamada qeyd olunub: “Nazirlik Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu […]

London Kremli özünə təhlükə hesab edir – Admiral

“Böyük Britaniya hərbi komandanlığı hesab edir ki, Rusiya onilliklər boyu ölkə üçün təhlükə olaraq qalacaq”. Cumhuriyyet.az xəbər verir ki, bunu “BBC”yə müsahibəsində Böyük Britaniya Silahlı Qüvvələrinin müdafiə qərargahının rəhbəri, admiral Toni Radakin bildirib. “Rusiyanın qarşıya qoyduğu çağırış 2022, 2023 və ya 2024-cü ildən daha uzun müddət davam edəcək. Potensial olaraq, söhbət Rusiyanın təhlükə olaraq qalacağı […]

Çavuşoğlu: “Türkiyəsiz sülh mümkün deyil”

“Türkiyədə 15 İyul 2016-cı ildə baş verən dövlət çevirilişi cəhdindən cəmi ay yarım sonra “Fırat Qalxanı” (Suriyada – red.) əməliyyatına başladıq. Afrikadan Qafqaza, Qara dənizdən Aralıq dənizinə qədər geniş bir coğrafiyada əvvəllər olmadığımız qədər aktivləşdik”. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alaniyada “15 iyul – Demokratiya və Milli Birlik Günü” […]

Türk ordusu PKK liderini məhv etdi

Türkiyə ordusu İraqın şimalında aparılan hərbi əməliyyat zamanı PKK liderlərindən birini məhv edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. “Türkiyə xüsusi xidmət orqanları İraqın şimalında PKK terror təşkilatının liderlərindən olan, “Dersim Malatya” kod adlı İzəddin İnanı öldürüblər. Terrorçu İraqın şimalındakı Duhok rayonunda aparılan əməliyyat nəticəsində məhv edilib”, – məlumatda qeyd olunub.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Cumhuriyyet.az icmalı təqdim edir:

Britaniya kəşfiyyatı – Rusların itkisi 50 minə çatır

Ukraynaya qarşı müharibədə Rusiya ordusunun canlı qüvvə itkiləri 50 minə çatır. Söhbət həm ölü, həm də yaralılardan gedir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral ser Toni Radaki bildirib. Onun sözlərinə görə, Rusiya quruda döyüş effektivliyinin 30%-dən çoxunu itirib ki, bu da Ukrayna Silahlı Qüvvələrinin müharibədə qalib gələcəyinə mütləq əminlik […]

İsti hava nə vaxta kimi davam edəcək?

Gələn həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bu barədə Cumhuriyyet.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir. Havanın maksimal temperaturu həftənin birinci yarısında aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°, Bakıda və Abşeron yarımadasında isə 33-38° isti olacaq. Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən […]

Papa Ukrayna üçün çağırış etdi

Roma Papası Fransisk Ukraynada münaqişənin nizamlanması üçün danışıqlar prosesini tez bir zamanda bərpa etməyə çağırıb. Cumhuriyyet.az xəbər verir ki, Papa belə bir bəyanatla Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsindən sonra çıxış edib. “Xahiş edirəm ki, bütün beynəlxalq oyunçular Ukraynada danışıqlar prosesini bərpa etmək üçün səylərini əsirgəməsinlər. Müharibələrin yalnız ölümlə nəticələndiyini, xalqları bir-birindən uzaqlaşdırdığını, həqiqəti […]

Ötən günün vaksinasiya mənzərəsi: minlərlə insan…

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar icra olunan test sayı 7 milyonu keçib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bu günə qədər ümumilikdə 7 002 575 test icra olunub. Son sutka ərzində isə 2 893 test icra edilib.

Yoluxanların sayı açıqlandı: 37 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 794 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031