Rusiya, Ukrayna və Türkiyə arasında BMT-nin himayəsi altında taxıl ixracı ilə bağlı müqavilə imzalanacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinin mətbuat xidməti məlumat yayıb. Tərəflər müqaviləni imzalamaq üçün İstanbulda bir araya gələcək. Mərasimdə BMT baş katibi Antonio Quterreş də iştirak edəcək. Qeyd edək ki, Quterreş bu axşam Türkiyəyə səfər edəcək.
İyl 21 2022 | Posted in
Dünya |
Read More »
İstanbulda keçirilən Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin İkinci Üçtərəfli Görüşünün sonunda “İstanbul Bəyannaməsi” imzalanıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Cumhuriyyet.az -a bildirilib ki, imzalanma mərasimindən sonra parlament sədrlərinin mətbuata bəyanatı səsləndirilib. Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf imzalanan […]
İyl 21 2022 | Posted in
Önəmli |
Read More »
Baş Prokurorluq Ağdaş sakininin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Cumhuriyyet.az-a bildirilib ki, II Vətən müharibəsi iştirakçısı 1987-ci il təvəllüdlü, Ağdaş rayon Nehrəxəlil kənd sakini Vüsal Məmmədovun dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı ilə bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
İyl 21 2022 | Posted in
Olay |
Read More »
Müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat fənni üzrə imtahanı yenidən keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə 14 iyul 2022-ci il tarixində keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili başa çatıb. Təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir […]
İyl 21 2022 | Posted in
Təhsil |
Read More »
Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Liderlər neft bazarındakı vəziyyəti müzakirə ediblər. Tərəflər OPEC+ çərçivəsində koordinasiyanı və Astana prosesinin qarant dövlət başçılarının bu həftə Tehranda baş tutan görüşünün nəticələrini nəzərə alaraq Suriyadakı vəziyyət […]
İyl 21 2022 | Posted in
Dünya |
Read More »
BMT baş katibi Antoniu Quterreş Türkiyəyə səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq məlumat verib. O, Türkiyədə Ukraynanın ərzaq məhsullarına, Rusiya ərzaq və gübrələrinə tam qlobal çıxışı təmin etmək səylərini müzakirə edəcək. Səfərin bu axşam başlayacağı bildirilir.
İyl 21 2022 | Posted in
Dünya |
Read More »
İtaliya prezidenti Sercio Mattarella parlamenti buraxıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə İtaliya prezidentinin rəsmi saytı məlumat yayıb. “Respublika prezidenti Sercio Mattarella parlamentin iki palatasının sədrini dinlədikdən sonra Konstitusiyanın 88-ci maddəsinə uyğun olaraq, Respublika Senatının və Deputatlar Palatasının buraxılması haqqında fərman imzalayıb”, – internet saytında yerləşdirilən məlumatda deyilir. Xatırladaq ki, İtaliyanın baş naziri Mario Draqi […]
İyl 21 2022 | Posted in
Dünya |
Read More »
Hindistanın parlamentinin hakim Milli Demokratik Alyansının namizədi Draupadi Murmu ölkənin yeni prezidenti seçilib. Cumhuriyyet.az xəbər verir ki, 64 yaşlı Murmu bu vəzifəyə seçilən ikinci qadındır. “Qəbilə xanımı” kimi tanınan Murmu Hindistanın 15-ci prezidenti olub. Yaxın günlərdə yeni seçilən prezident üçün andiçmə mərasiminin keçirilməsi planlaşdırılır.
İyl 21 2022 | Posted in
Dünya |
Read More »
Son zamanlarda bu il 70 yaşını qeyd edəcək Rusiya Prezidenti Vladimir Putinin səhhətində problemlərin olduğu və hətta xərçəng xəstəliyinə tutulduğu iddia edilir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bu iddialara cavab olaraq rəhbərlik etdiyi qurumun malik olduğu məlumatları paylaşıb. O, Putinin çox sağlam göründüyünü deyib və əlavə edib ki, onun səhhətində problemlərin olduğuna […]
İyl 21 2022 | Posted in
Dünya |
Read More »
Biz bir neçə il əvvəl Strateji Tərəfdaşlıq barədə Bəyannaməni imzalamışıq. Hesab edirəm ki, bu sənədi iqtisadi, sənayenin inkişafı, ticarət, enerji, daşımalar, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib. Cumhuriyyet.az xəbər verir ki, iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə […]
İyl 21 2022 | Posted in
İqtisadiyyat |
Read More »