Buster doza vurduranların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2232 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 424, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 156, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1383, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 269 nəfərdir. […]

Yoluxanlar kəskin artdı – 2 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 356 nəfər müalicə olunaraq […]

Hərbi Prokurorluğun 4 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

2022-ci ilin birinci yarısında xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə Hərbi Prokurorluğun 4 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarısına dair kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib. “Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu […]

Bağçalara qəbul üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI

Məktəbəqədər təhsil müəssisələrinə onlayn qeydiyyatdan keçən valideynlərin sayı açıqlanıb. Bununla bağlı Cumhuriyyet.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri məlumat verib. O qeyd edib ki, Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”ndə üç gün ərzində 14,000-dən çox valideyn qeydiyyatdan keçib.

Rövşən Nəcəf SOCAR-ın prezidenti təyin edildi

Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilib.

Lənkəran İcra Hakimiyyətinin əməkdaşlarından daha bir QANUNSUZLUQ

Lənkəran Şəhər İcra Hakimiyyətinin iki əməkdaşı ötən gün rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cumhuriyyet.az Bizim.Media-ya istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun xalası oğlu, həm də sürücüsü Anar Məmmədov sərxoş halda avtoxuliqanlıq edərkən saxlanılıblar. İddialara görə, sürücü Anar Məmmədovun avtomobili cərimə meydançasına aparılıb. DİN-in Mətbuat Xidmətinin […]

Kamaləddin Qafarov: “Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı qarşılıqlı etimad prinsiplərinə əsaslanır”

“İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” çox böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, yeni imzalanmış Memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. 2006-cı […]

Mobil telefon aşkarlanan 9 nəfərin imtahan nəticəsi ləğv olunub

Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bu barədə Cumhuriyyet.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

Ukraynada devalvasiya – Dollar bahalaşdı

Ukrayna Milli Bankı (ÜMB) devalvasiya barədə qərar verib. Cumhuriyyet.az xarici KİV-lərə istinadən xəbər verir ki, bank ABŞ dollarının məzənnəsini 25% artırılaraq 29,25 qrivnadan 36,5886 qrivnaya çatdırılıb. “Bu addım Ukrayna istehsalçılarının rəqabət qabiliyyətliliyini artıracaq, müxtəlif biznes və əhali qrupları üçün məzənnə şərtlərini yaxınlaşdıracaq və müharibə şəraitində iqtisadiyyatın sabitliyini qoruyacaq”, – deyə UMB-nin açıqlamasında qeyd olunub.

Məmur olmaq istəyənlər imtahan verirlər

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 avqust 2022-ci il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. DIM-dən Cumhuriyyet.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat 21 iyul saat 14:00-dan 11 avqust saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031