MİQ üzrə 11 nəfərin nəticəsi ləğv edilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu barədə Cumhuriyyet.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib. Bildirilib ki, müsabiqənin test imtananı mərhələsi Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə 7 iş gününü əhatə edən imtahanlarda 44363 nəfər namizəd iştirak edib. […]

Ağ Ev Ərdoğana təşəkkür etdi

Ağ Ev bu gün İstanbulda imzalanan Ukraynadan taxıl ixracına dair razılaşmaya münasibət bildirib. ABŞ Prezidentinin Administrasiyasından verilən açıqlamada sazişin müsbət qarşılandığı qeyd edilib. Həmçinin, Ağ Ev bu məsələdəki səylərinə görə BMT baş katibi Antoniu Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Mənbə: Haber Global

Hər gün 30 ukraynalı hərbçi həlak olur – ZELENSKİ

Müharibədə hər gün təxminən 30 ukraynalı hərbçi həlak olur. Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal”a müsahibəsində deyib. O bildirib ki, gündəlik 250 nəfər yaralanır. Zelenski Ukraynanın itkilərinin gündə 30 nəfərə qədər azaldığını, təxminən 250 nəfərin yaralandığını bildirib. Prezident may və iyun aylarında Ukrayna hərbçilərinin itkisinin 100-dən 200 nəfərə […]

ABŞ Ukraynaya 580 PUA göndərəcək

ABŞ Prezidenti Co Bayden Ukrayna üçün yeni hərbi yardım paketini imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Paketin ümumi dəyəri 270 milyon dollardır. Yeni hərbi yardım paketinə 580 ədəd “Phoenix Ghost” pilotsuz uçuş aparatları da daxildir. ABŞ, həmçinin yeni paket çərçivəsində Ukraynaya 4 ədəd HIMARS raket buraxılış qurğusu, 36 min mərmi […]

Azərbaycanın “Tranzit Yol Xəritəsi” tərtib edildi

Azərbaycanın “Tranzit Yol Xəritəsi” tərtib edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclasında Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılması haqqında iclasda məlumat verilib. Bildirilib ki, yerli və xarici ekspertlərin araşdırmaları nəticəsində “Tranzit Yol Xəritəsi” tərtib edilib. Bu xəritə Azərbaycanın tranzit potensialını tam açmaq üçün qısa, orta […]

Lavrov Afrika turuna çıxır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar günü Afrika ölkələrinə səfər edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.. O, ilk olaraq Misirə səfər edəcək və Qahirədə Ərəb Liqasının üzvləri ilə görüşəcək. Daha sonra Lavrov Qərblə münasibətləri gərginləşən Efiopiya və Uqandaya, eləcə də Konqo Respublikasına səfər edəcək.

Belarus Rusiyaya yeni səfir göndərdi

Belarus Rusiyaya yeni səfir təyin edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb. Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Lukaşenko bildirib ki, iki lider Dmitri Krutoyun Moskvaya yeni nümayəndəsi təyin edilməsi barədə razılığa gəliblər. Krutoy Belarus prezident administrasiyası rəhbərinin müavini olub və əvvəllər Rusiya ilə inteqrasiya layihələrində iştirak edib. […]

Aliment borcuna görə neçə nəfər həbs olunub?

Aliment tələbinə dair icra sənədləri üzrə 2022-ci ilin birinci yarımilində beş minədək borclu axtarışa verilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlardan 3500-dək borclu hesabat dövrünün sonuna axtarışda olub. İlin birinci yarımilində icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1000-dən çox borclunun barəsində inzibati həbs tətbiq […]

Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirildi

Azərbaycanda sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılması yollarının tapılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. İqtisadiyyatın şaxələnməsi proseslərinin orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığı aspektlərindən vacibliyi barədə məsələləri çıxışında önə […]

Zelenski Consonla danışıqlar apardı

Ukrayna Prezidenti Volodimir Zelenski və Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter“ hesabında məlumat yayıb. Zelenski Consonu Ukraynanın böyük dostu adlandırıb və onunla müntəzəm əlaqə saxladığını bildirib. “Biz Britaniyada Ukrayna əsgərlərinin təlimlərinin intensivləşdirilməsi və digər çoxşaxəli hərbi əməkdaşlıq haqqında danışdıq”,- o yazıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031