
İraqda ABŞ-ın hava radarları quraşdırılacaq. Cumhuriyyet.az İNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın müdafiə naziri Cuma İnada bildirib. Onun sözlərinə görə, yaxın və orta mənzilli hədəflərin aşkarlanması üçün radar sisteminin tədarükü üçün müqavilə imzalanacaq. ABŞ-ın qabaqcıl erkən xəbərdarlıq radarları ən qısa zamanda İraqa çatdırılacaq. İnada əlavə edib ki, hava hücumundan müdafiə komandanlığı […]
İyl 24 2022 | Posted in
Dünya |
Read More »

Koronavirusa yoluxan ABŞ Prezidenti Cozef Baydenin vəziyyəti yaxşıdır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca “ABC” televiziyasına müsahibəsində bildirib: “Dünən axşam prezidentin komandası ilə əlaqə saxladım. Özünü yaxşı hiss etdi. Bu gün onlarla əlaqə saxlayacağam”. ABŞ dövlət başçısının koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb. Hazırda […]
İyl 24 2022 | Posted in
Dünya |
Read More »

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara ağır zərbə endirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Zərbələr nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Məlumata əsasən, terrorçular “Barış pınarş” əməliyyatı zonasına hücum etmək istəyərkən məhv edilib.
İyl 24 2022 | Posted in
Dünya |
Read More »

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Liderlrə Türkiyə-Özbəkistan münasibətlərini və regional gündəmdəki məsələləri müzakirə ediblər.
İyl 24 2022 | Posted in
Dünya |
Read More »

Fransada isti temperatur və yağışın olmaması səbəbindən quraqlıq güclənir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Məlumata görə, bu gün ölkənin 88 bölgəsində su istehlakına məhdudiyyətlər tətbiq edilib. Kanal bildirib ki, belə hava şəraiti nadir hallarda baş verir. Ölkədə xüsusilə Pays de la Loire və Poitou-Çarentes bölgələri təsirlənib.
İyl 24 2022 | Posted in
Rakurs |
Read More »

Ukrayna limanlarındakı taxılın təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzində işlər davam edir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb. Bildirilir ki, taxılla yüklənmiş ilk gəminin ən qısa zamanda Ukrayna limanlarından üzməyə başlaması üçün də koordinasiya davam edir.
İyl 24 2022 | Posted in
Dünya |
Read More »

Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev telefonla danışıblar. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Söhbət zamanı liderlər Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Rəhbərləri Şurasının Özbəkistanda keçiriləcək iclasına hazırlıq məsələlərini müzakirə ediblər. Prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İyl 24 2022 | Posted in
Dünya |
Read More »

Rusiya Federasiyası ilə müharibədə Ukraynanın məğlubiyyətindən danışa bilmərik, çünki ukraynalılar kölə xalq deyillər, onlar heç vaxt bir daha Rusiyanın boyunduruğu altında olmağa razı olmayacaqlar. Ona görə də məğlubiyyət variantını müzakirə etməyə belə dəyməz. Cumhuriyyet.az xəbər verir ki, bu fikirləri diplomat, Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri, Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko deyib. “Söhbət yalnız Ukraynanın […]
İyl 24 2022 | Posted in
Dünya |
Read More »

“Rusiya ilə münasibətlər İsrail üçün vacibdir”. Cumhuriyyet.az “Jerusalem Post”a istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid deyib. Onun sözlərinə görə, Rusiyadakı böyük yəhudi icmasının Moskva administrasiyası ilə bütün diplomatik təmasları əhəmiyyətlidir. İsrailin Baş naziri bildirib ki, Rusiyada “Soxnut” agentliyinin bağlanması iki ölkə arasındakı münasibətlər üçün ciddi nəticələr verəcək.
İyl 24 2022 | Posted in
Dünya |
Read More »

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub. Cumhuriyyet.az-ın məlumatına görə, APA xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları Moskviç markalı minik avtomobili vurub. Qəza nəticəsində hər […]
İyl 24 2022 | Posted in
Olay |
Read More »