Benzin və dizelin qiymətilə bağlı qərara aydınlıq gətirildi

Tarif (qiymət) Şurası bu gün keçirilən iclasında Azərbaycanda “AI-92” markalı avtomobil benzininin və dizelin pərakəndə satış qiymətlərini dəyişməyib. Bu barədə Cumhuriyyet.az -a Tarif Şurasından bildirilib. “İclasda benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin […]

ABŞ ordusunun generalı Azərbaycana GƏLDİ

ABŞ Ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikman Azərbaycanda səfərdədir. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi tviter hesabında qeyd edib. Səfər zamanı o, hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.

Dövlət qulluğu imtahanlarının qiyməti DƏYİŞDİ

Dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olaraq hər bir mövcud imtahan tarifi 50 faizi miqdarında (35, 40, 45 və 50 manat) müəyyənləşdirilib. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə qərar Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixində keçirilən növbəti iclasında qərar qəbul edilib. Qərar Tarif (qiymət) Şurası üzvlərinin təklifləri əsasında il ərzində 5 dəfədən artıq müsahibədə […]

Rusiya-Azərbaycan arasında protokol qüvvəyə mindi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, fərmanda deyilir: “2022-ci il martın 4-də Moskva şəhərində və martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron […]

Son sutkada vurulan vaksin sayı açıqlandı

Azərbaycanda son gündə koronavirus əleyhinə 2 714 vaksin vurulub. Bu barədə Cumhuriyyet.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Gün ərzində birinci doza vaksinlərin sayı 635, ikinci doza vaksinlərin sayı 136 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 649-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 294 olub. Qeyd […]

Qəbul imtahanlarının yeni QİYMƏTLƏRİ

Ali məktəb və kolleclərə imtahanlarda yeni tariflər müəyyənləşdirilib. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə qərar Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixində keçirilən növbəti iclasında qərar qəbul edilib. Qərara əsasən, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya […]

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır

Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır. Bu barədə Cumhuriyyet.az -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. “Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni […]

Tarif Şurasından benzin və dizelin qiyməti ilə bağlı QƏRAR

Tarif (qiymət) Şurasının iyulun 26-da keçirilən növbəti iclasında benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir. Bu barədə Cumhuriyyet.az -a Tarif (qiymət) Şurasından məlumat verilib. Bildirilib ki, Şuranın […]

Dərmanların qiymətilə bağlı yeni QƏRAR VERİLDİ

Yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsinin qiyməti təsdiq edilib. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə qərar Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixində keçirilən növbəti iclasında qərar qəbul edilib. Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış […]

Yoluxma yenə 300-ü KEÇDİ – Ölü sayı da ARTDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az -a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib. İndiyədək ümumilikdə 796 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 166 nəfər müalicə olunaraq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031