Yeni Dövlət Agentlikləri yaradıldı

Azərbaycan yeni Dövlət Agentlikləri yaradılıb. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, eyni zamanda, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil […]

AMEA-nın müəssisələri bu nazirliyin tabeliyinə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Elm və Təhsil Nazirliyinə verilən qurumların SİYAHISI

Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatların siyahısı təsdiqlənib. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib: 1.1. Fizika İnstitutu; 1.2. Riyaziyyat və Mexanika İnstitutu; 1.3. İdarəetmə Sistemləri İnstitutu; 1.4. Radiasiya […]

Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Cumhuriyyet.az  xəbər verir ki, Fərmana əsasən, Təhsil Nazirliyi bundan sonra Elm və Təhsil Nazirliyi adlandırılacaq. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və […]

Qayınata və qayınanasını yandırdı – 18 il həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cumhuriyyet.az -ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən prosesdə prokuror Rövşən Tağıyevin 20 il azadlıqdan […]

Prezident üç komissiyanın sədrini dəyişdi – SƏRƏNCAM

Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavininə deyil, iqtisadiyyat nazirinə tapşırılıb. Həmçinin, iqtisadiyyat nazirinin müavini komissiyanın üzvləri sırasından çıxarılıb. […]

Ermənilərin yaydığı bu məlumat yalandır – RƏSMİ

Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır. Bu barədə Cumhuriyyet.az -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb

Rusiya Prezidenti Vladimir Putin bu gün ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirəcək. Cumhuriyyet.az  “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Ərdoğan Gürcüstana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir. Cumhuriyyet.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə deyib. O bildirib ki, dövlət başçısının səfəri M.Çavuşoğlu ilə görüşdə müzakirə etdiyi mövzulardan biri olub.

Rusiya Kiyevdə hərbi bazanı VURDU

Rusiya ordusu Qara dəniz və Belarus istiqamətindən Ukraynanı, xüsusən də Kiyev vilayətindəki hərbi hissəni raketlərlə vurub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov məlumat evrib. “Düşmən Qara dəniz ərazisindən “Kalibr” qanadlı raketləri ilə Kiyev vilayətinin Lyutij qəsəbəsindəki hərbi hissəyə raket zərbəsi endirib. Hazırda bir […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031