Azərbaycan və Litva arasında saziş TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişin təsdiqlənməsi ilə bağlı qanunu imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” 2022-ci il mayın 18-də Bakı şəhərində imzalanmış Saziş təsdiqləyib.

Yoluxma 400-ə çatdı – Aktiv xəstə sayı ARTIR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 393 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib. İndiyədək ümumilikdə 789 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786 358 nəfər müalicə olunaraq sağalıb, 9747 […]

İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı verib. Cumhuriyyet.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Hörmətli xanım Prezident, Qudauridə sərhəd polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin və xilasedicilərin həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına […]

Prezident bu nazirliklə bağlı fərman verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi genişlənib. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının tərkibində edilən dəyişiklikdə qeyd olunub. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının üzvləri sırasına daxil edilib.

Ağalıda polis məntəqəsi yaradıldı – FOTO

Zəngilan rayonunun Ağalı kəndində müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: “İyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Asayişin, təhlükəsizliyin, […]

Yeni təyinat olacaq? – Emin Əmrullayevlə bağlı RƏSMİ AÇIQLAMA

Emin Əmrullayevin yeni təyinat olmadan elm və təhsil naziri kimi təqdim olunması barədə iradlara rəsmi münasibət açıqlanıb. Elm və Təhsil Nazirliyindən Cumhuriyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazir vəzifəsinə yeni təyinatdan söhbət getmir. E.Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi […]

Cəmil Həsənli Milli Şuradan gedir

Milli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getmək niyyətindədir. Cumhuriyyet.az xəbər verir ki, Cəmil Həsənli bu barədə İngiltərədə BBC Azərbaycanca-ya müsahibəsində bildirib. “Mən Milli Şura sədrliyindən getməklə bağlı bir təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya […]

Azərbaycan XİN Mərakeşi təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Mərakeşi Milli Gün münasibətilə təbrik edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib. “Mərakeşin Milli Günü münasibətilə Mərakeş hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Milli bayramınız mübarək, Mərakeş!”, – paylaşımda qeyd edilir.

Hərbi gəmilərimiz Rusiyada paradda iştirak edəcək

“Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Rusiya Hərbi Dəniz Donanması (HDD) Gününə həsr olunan paradda iştirak etmək üçün Kaspiysk Limanına gəlib”. Cumhuriyyet.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti məlumat yayıb. “Gəmi ekipajlarının paradda iştirakı Rusiya hərbi dənizçilərinin Azərbaycan və İrandan olan dənizçilər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə […]

Nazirlik Kəlbəcərdəki təbiət hadisəsi haqda məlumat YAYDI

İlin isti dövrlərində dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının inkişafı nəticəsində Kəlbəcər rayonunun Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib. Bunu Cumhuriyyet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031