Bolqarıstan da rusiyalılara viza verilməsini dayandırdı

Bolqarıstan “yaranmış fövqəladə vəziyyət” səbəbindən ruslara turist vizalarının və mülk sahiblərinə vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırır. Cumhuriyyet.az Rusiya Tur Operatorları Assosiasiyasına (RTAO) istinadən xəbər verir. Qərara səbəb Rusiya Xarici İşlər Nazirliyinin 5 avqust tarixdə 14 bolqar diplomatın Rusiyadan qovulmasıdır. “İşçi çatışmazlığı səbəbindən Rusiyanın Bolqarıstandakı səfirliyinin konsulluq xidməti və Rusiya Federasiyasının Varnadakı Baş Konsulluğu öz işini […]

Zelenski müşavirə keçirdi – Təzminat tələbi

Ukrayna Prezidenti Volodimir Zelenski müşavirə keçirib. Cumhuriyyet.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, müşavirə Rusiyanın vurduğu ziyana görə Ukraynaya təzminat ödənilməsi məsələsinə həsr olunub. Kompensasiya mexanizminin yaradılması və həyata keçirilməsi üçün dövlət başçısı Prezident Aparatının rəhbəri Andriy Yermakın sədrliyi ilə Nazirlər Kabinetinin nümayəndələrinin, aparıcı ukraynalı və xarici beynəlxalq hüquqşünasların daxil olduğu xüsusi işçi qrupu yaradıb. […]

“Azərbaycana hər cür dəstək verməyə hazırıq” – Çavuşoğlu

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. Cumhuriyyet.azTürkiyə KİV-ə istinadən bildirir ki, Çavuşoğlu avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı keçmiş olsun diləklərini çatdıraraq, Azərbaycana hər cür dəstək verməyə hazır olduqlarını bildirib. Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi […]

Kəlbəcərdə şəhid olan hərbçimiz dəfn edildi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev dəfn olunub. Cumhuriyyet.az xəbər verir ki, onun cənazəsi Naxçıvanın Culfa rayonunun Ləkətağ kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 14:17 *** Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan […]

Ərdoğan “QİSAS” əməliyyatından danışdı

Soçidə Putinlə görüşdən qayıdan Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Cumhuriyyet.az xəbər verir ki, Türkiyə prezidenti Azərbaycanın Qarabağda həyata keçirdiyi “Qisas” əməliyyatından da danışıb. “İki gün öncə İlham qardaşımla bu məsələləri ətraflı danışdıq. Azərbaycanlı qardaşımızın şəhid olmasına səbəb olan təxribatı qınayırıq. Qarabağ Azərbaycanın beynəlxalq hüquqda tanınmış torpağıdır. Təbii olaraq, Azərbaycan öz torpaqlarında qanunsuz silahlı ünsürlərin olmasını […]

İlon Mask “Twitter”i alır – ŞƏRTLƏR

Amerikalı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask “Twitter” sosial şəbəkəsini satın almaq üçün şərtini açıqlayıb. Cumhuriyyet.az-ın məlumatına görə, o bildirib ki, “Twitter” sosial şəbəkədəki istifadəçilərin hesablarının həqiqiliyinin necə təsdiq olunduğunu göstərəcəyi təqdirdə, satınalma ilə bağlı danışıqlar bərpa oluna bilər. İ.Mask bildirib ki, bu halda danışıqlar əvvəlki şərtlər daxilində bərpa olunacaq. Xatırladaq ki, […]

Ərdoğan Özbəkistanda Putinlə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda Özbəkistana səfər edə bilər. Bu barədə Türkiyə lideri Rusiya səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib. “Sentyabrda Şanxay beşliyi Özbəkistanda toplanacaq. Görüşümüz zamanı, cənab Putin də xahiş etdi, nəsib olarsa, oradakı görüşdə biz də iştirak edəcəyik, inşallah”, – deyə Ərdoğan bildirib. Mənbə: TRTHaber

Azərbaycanlılardan Britaniya parlamentinə və nazirə MÜRACİƏT

Britaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu ilə əlaqədar bu ölkənin parlamentinə və daxili işlər naziri Priti Patelə müraciət edib. Diasporla iş üzrə Dövlət Komitəsindən Cumhuriyyet.az-a verilən məlumata görə, müraciətdə Azərbaycanın tolerant ölkə olduğu və hər cür radikallığa qarşı olduğu vurğulanıb. Həmçinin məlumatda, Birləşmiş […]

Məktəbəhazırlıq qruplarında bu fənlər keçiriləcək

2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyat prosesi davam edir. Bu barədə Cumhuriyyet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri […]

Putinlə Ərdoğan rublla bağlı RAZILIĞI GƏLİB

Təbii qazla bağlı Türkiyə ilə Rusiya arasında yeni razılaşma, rusiyalı sənayeçilərin fəaliyyətləri, banklararası ortaqlıq kimi məsələlərlə bağlı suallara cavabında Ərdoğan bildirib ki, sərmayə qoymaq istəyən hər kəsə dəstək verilir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib. Prezident hazırda Türkiyənin qapısının hər kəsə açıq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031