“Sülh bizim şərtlərimiz əsasında olmalıdır” – Medvedyev

Rusiya Ukraynada xüsusi hərbi əməliyyat keçirir. Sülh bizim şərtlərimiz əsasında olmalıdır. Şərtlərimiz barədə birbaşa danışmalıyıq. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Rusiya keçmiş tərəfdaşlarının qoymağa çalışdığı şərtləri qəbul etmir. Onlar Rusiyanın məğlubiyyətini arzulayırlar. Rusiyanın xüsusi əməliyyatı Qərb ölkələrinin yürütdüyü rusofob siyasətinə sərt, lakin diqqətlə düşünülmüş cavabdır”, – Medvedyev […]

Bu şəxslər prokurorluğa çağırıldı – Xəbərdarlıq edildi

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması ilə əlaqədar adekvat cavab tədbirlər görülür. Ümumilikdə Azərbaycan mediası baş verən hadisələrə təmkinlə yanaşır, məsələnin əhəmiyyətini və həssaslıq dərəcəsini nəzərə alır, fəaliyyətini müvafiq qanunvericiliyin tələbləri əsasında qurur. Bununla yanaşı, bəzi hallarda sosial […]

Ərdoğan Azərbaycanı dünyaya nümunə GÖSTƏRDİ

Döyüş meydanında güclü olmadan danışıqlar masası arxasında nəyəsə nail olmaq çətindir. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Səfirlərin 13-cü Konfransında bildirib. Ərdoğan çıxışında buna nümunə olaraq, Azərbaycanı göstərib: “Biz bunu Azərbaycan torpaqlarının işğaldan azad olunmasında görə bilərik. 30 ilə yaxın davam edən işğal, qətliam və soyqırıma qarşı beynəlxalq ictimaiyyət heç […]

Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlakının SİYAHISI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub. Cumhuriyyet.az “Report”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsə məxsus bir neçə milyonluq manat dəyərində daşınmaz əmlakın üzərinə həbs qoyulub. S.Müslümova məxsus əmlaklar bunlardır: 1. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov pr. ev 13 v, mənzil 38 2. […]

“Paşinyanla konstruktiv danışıq apardıq” – Ərdoğan

“Qurban bayramında Ermənistanın Baş naziri Nikol Paşinyanla konstruktiv telefon danışığı apardıq”. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Səfirlərin 13-cü Konfransında bildirib. Ərdoğan çıxışında deyib ki, Ermənistan Azərbaycan və Türkiyənin səmimi çağırışlarına cavab verməlidir. Cənubi Qafqazda yeni dönəmin başladığını söyləyən Türkiyə lideri İrəvan hakimiyyətini yaranmış fürsətdən yararlanmağa səsləyib. “Azərbaycanla birlikdə bir […]

Mərkəzi Bankında yeni departamentlər və şöbələr yaradıldı

Azərbaycan Mərkəzi Bankında daha 4 yeni şöbə yaradılıb. Cumhuriyyet.az quruma istinadən xəbər verir ki, bunlar Yeni binanın tikintisi şöbəsi, Lisenziyalaşdırma şöbəsi, İnformasiya və kibertəhlükəsizlik şöbəsi və Əməliyyat riskləri şöbəsidir. Onlardan ikisinin rəhbərliyinə təyinat olub. Belə ki, İnformasiya və kibertəhlükəsizlik şöbəsinə Elvin Şahverdiyev, Lisenziyalaşdırma şöbəsinə isə Elnur Allahverdiyev rəis təyin edilib.

Çindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Çin Azərbaycan və Ermənistan arasında münaqişənin siyasi dialoq yolu ilə həll etməsini istəyir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin bildirib. Onun sözlərinə görə, rəsmi Pekin ümid edir ki, tərəflər atəşin dayandırılması barədə əldə olunmuş razılaşmaya riayət edəcək. “Azərbaycan və Ermənistan Çin üçün dost ölkələr hesab olunur”, […]

Prezident qalib idmançıları mükafatlandırdı

Avqustun 8-də Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, Sərəncama əsasən, idmançılar və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar: – birinci yeri tutmuş idmançı – 20000 manat, onun şəxsi məşqçisi – 10000 manat, […]

Səlim Müslümovun məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası başlayıb. Cumhuriyyet.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs özü barəsində anket məlumatları verib. Daha sonra S.Müslümovun vəkilləri – Toğrul Vəliyev və Ayxan Rüstəmzadə vəsatət qaldırıblar. Onlar məhkəmə iclaslarının qapalı keçirilməsini istəyiblər: “Vəsatət Səlim Müslümovun […]

Yol polisi Səfər Mehdiyevi saxladı – VİDEO

Yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıb. Cumhuriyyet.az xəbər verir ki, hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031