Ermənistan istəməsə də Naxçıvanla əlaqə qurulacaq – Nazir

“Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Ermənistanın prosesi ləngitməsinə baxmayaraq, bu layihə mütləq icra olunacaq”. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində deyib. “Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması baş tutacaq. […]

“Bu, hamımız üçün qürurverici hadisədir” – Prezident

İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə olunmuş Qələbə idman yarışlarında da özünü əks etdirəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində […]

Bakıda qazi tanışını güllələyib

Bakıda tanışını güllələyən Vətən müharibəsi qazisi barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cumhuriyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Tural Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə hökm elan edilib. Avqustun 3-də elan edilən hökmə əsasən, T.Məmmədov barəsində 2 il sınaq müddəti […]

Birinci xanım və qızı Mövlanə Muzeyində – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Konyada Mövlanə Muzeyini ziyarət ediblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Konyanın Mədəniyyət və Turizm müdiri Abdüssettar Yarar birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevaya muzey haqqında məlumat verib.  

Prezident: “Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır”

“Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb, onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil”. Cumhuriyyet.az-ın xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib. “Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Bizim […]

Prezidentin köməkçisi Laçındakı ermənilərdən YAZDI

Laçının işğalı və talan edilməsindən sonra Yaxın Şərqdən olan ermənilər bu ərazilərdə qanunsuz məskunlaşdırılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviter hesabındakı paylaşımında qeyd edib. “Robert Silinin 1992-ci ilin mayında Laçının Zabux kəndinin Ermənistan tərəfindən qanunsuz işğalı, yandırılması və […]

Arayikin “nümayəndəsi” erməniləri Laçındakı evləri yandırmağa ÇAĞIRDI

Qarabağdakı Rusiya hərbçilərinin müvəqqəti nəzarətində yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər narahat günlər yaşayırlar. Ermənistan mediası yazır ki, Qarabağdakı separatçı rejimin “ərazi və infrastruktur naziri” Hayk Xanumyan Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayanlara evləri tərk etmək üçün avqustun 25-dək vaxt verildiyini deyib. Ermənistan mediasına görə, sözügedən yerlərdə yaşayan ermənilər bildiriblər […]

DİM-dən kitab piratçılarına XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzinin (DİM) nəşrlərini saxtalaşdıran şəxslərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək. Bu barədə Cumhuriyyet.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, yeni dərs ilinin başlanılmasına az qalmış yenidən gündəmə gələn məsələlərdən biri kitab piratçılığı və ona qarşı mübarizədir. Dövlət İmtahan Mərkəzi daim bu məsələni diqqət mərkəzində saxlayır və kitab piratçılığının qarşısının alınması ilə bağlı müvafiq […]

Putin İsrail prezidenti ilə danışıqlar APARDI

Avqustun 9-da İsrail Prezidenti İsaak Hersoqla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Prezidentlər ikitərəfli münasibətlərə dair məsələləri, İsraildən kənardakı yəhudi diasporunun fəaliyyətini və Rusiyadakı “Soxnut” Yəhudi Mərkəzi ilə bağlı problemləri müzakirə ediblər. Qeyd edək ki, Rusiyanın Moskva şəhərinin Basmann Rayon Məhkəməsi […]

“Bayraktar” zavodu tikilsə, oranı vuracağıq – Kremldən TƏHDİD

Rusiya Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edəcək zavodun tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib. Cumhuriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov zavod inşa olunsa, ora zərbə endiriləcəyini deyib. “Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, mütləq Rusiya tərəfindən ora zərbə vurulacaq”, – deyə Peskov təhdid dolu mesaj verib. Qeyd edək […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031