Rusiya Kalininqrada qırıcı göndərdi

Rusiya Kalininqrad vilayətinə 3 ədəd MiQ-31E döyüş təyyarəsi yerləşdirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qırıcıların hipersəs sürətə malik “Kinjal” raketləri ilə təchiz edildiyi bildirilir. Təyyarələr gecə-gündüz növbətçilik edəcək. Bu gün Finlandiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyaya məxsus iki MiQ-31 təyyarəsi Finlandiya körfəzində, Rusiyadan 150 km (90 mil) məsafədə yerləşən […]

Zelenski Rusiya ilə bu şərtlə danışıqlar aparacaq

Rusiya qoşunları ələ keçirdikləri Ukrayna ərazilərini tərk etdikdən sonra Moskva ilə danışıqlar aparmaq mümkündür. Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Dövlət başçısı qeyd edib ki, sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduğu əraziləri tərk etməlidir. […]

Yeni Çernobıl yaşamaq istəmirik – ƏRDOĞAN

Zaporojye Atom Elektrik Stansiyası ətrafında davam edən qarşıdurmalardan narahat olduğumuzu bildirdik. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və BMT baş katibi Antonio Quterreşlə Lvovda yerləşən Pototski sarayında keçirilən üçtərəfli zirvə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. “Yeni Çernobıl yaşamaq istəmirik”, – o bildirib. Türkiyə lideri qeyd […]

Türkiyə Ukraynanın yenidən bərpasına kömək edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenskinin iştirakı ilə Ukraynanın müharibə nəticəsində dağılmış infrastrukturunun bərpasına dair saziş imzalanıb. Cumhuriyyet.az xəbər verir ki, sazişi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıb. Razılaşma əsasında iki ölkə arasında Ukraynanın yenidən qurulması üçün İşçi Qrup yaradılacaq. İşçi qrup Ukraynada yollar, körpülər, […]

Quterreşdən Zaporojye AES-lə bağlı təcili ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın cənubunda yerləşən Zaporojye bölgəsində Rusiyanın nəzarəti altında olan atom elektrik stansiyası ətrafındakı vəziyyətdən ciddi narahat olduğunu bildirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, Ukraynanın qərbində yerləşən Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra jurnalistlərə açıqlama verib. Quterreş atom elektrik stansiyasının […]

Serbiya və Kosovo razılığa gələ bilmədi

Bu gün Brüsseldə Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovo baş naziri Albin Kurti arasında görüş olub. Cumhuriyyet.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət məsələləri üzrə nümayəndəsi Josep Borrel görüşdən sonra açıqlama verib. O bildirib ki, Serbiya və Kosovo liderləri Brüsseldə razılığa gələ bilməyiblər. “Təəssüf ki, biz bu gün razılığa gələ bilmədik, lakin bu, son […]

Zelenski Ərdoğanla müzakirə etdiyi mövzuları açıqladı

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Lvov şəhərində ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, Zelenski “Telegram” kanalında görüş zamanı müzakirə edilən məsələləri açıqlayıb. O bildirib ki, taxıl müəssisəsinin konsolidasiyası imkanları, Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyət və işğalçıların nüvə şantajı, Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazisində […]

Həlak olan hərbçimizi əsgər yoldaşı qətlə yetirib

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluqdan Cumhuriyyet.az-a verilən məlumata görə, istintaqla […]

ABŞ Ukraynaya radar əleyhinə raketlər verib

ABŞ yeni hərbi yardım çərçivəsində Ukraynaya AGM-88 HARM yüksək sürətli radar əleyhinə raketlər təhvil verib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri yazıb. Nəşr bildirir ki, Pentaqon raketlərin Kiyevə verildiyini təsdiqləyib, lakin hansı miqdarda olduğu açıqlanmayıb. Ukraynada radiolokasiya stansiyalarının (RLS) yerini müəyyənləşdirmək və məhv etmək üçün nəzərdə tutulmuş Amerika istehsalı olan raketlərdən istifadə […]

Hərbçimiz odlu silah yarasından VƏFAT ETDİ

“Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiq edirik”. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031