Prezident Afrika ölkələri ilə münasibətlərdən DANIŞDI

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, səfir Dipuo Berta Letsatsi-Duba etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev […]

Tokayevin Bakıya gələcəyi vaxt məlum oldu

  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfər tarixi məlum olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, səfər avqustun 24-də baş tutacaq. Məlumata əsasən, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlığın inkişafına dair məsələlər müzakirə olunacaq. Bundan əlavə, ölkələr arasında bir neçə sənədin imzalanması […]

Azərbaycan, Türkiyə və Gürcüstan birgə sənəd imzaladı

Azərbaycan, Gürcüstan və Türkiyə Respublikası arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş imzalanıb. Cumhuriyyet.az xəbər verir ki, sənədin imzalanması mərasimi bu gün Bakıda baş tutub. Sazişi Azərbaycan hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov, Türkiyə hökuməti adından bu […]

Monqolustan prezidenti İlham Əliyevi ölkəsinə dəvət etdi

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayarın etimadnaməsini qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, səfir Qombosuren Munxbayar etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Səfir Monqolustan Prezidenti Xürelsüx Uxnaaqiynin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, […]

Azərsu ASC-də qrup savaşı: Ramiz Hüseynov Köçəri Həsənov əleyhinə hansı işləri görür?

Qorxmaz Hüseynovun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsindən iki ildən artıq vaxt keçir . Ötən müddət ərzində “Azərsu” ASC-yə sədr təyin olunmayıb və Səhmdar Cəmiyyətə rəhbərlik müvəqqəti olaraq sədrin istismar üzrə müavini Köçərli Həsənova həvalə edilib. “Azərsu” ASC-yə sədr əvəzinin Köçərli Həsənova həvalə edilməsi çox gözlənilməz oldu. Çünki normal halda sədri əvəz etmək […]

Tokayev Putinlə görüşmək üçün Soçiyə gedir

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev avqustun 19-da Soçidə görüşəcəklər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Yüksək səviyyədə müntəzəm dialoqun davamı olaraq Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır”, – məlumatda deyilir. Bundan əlavə, qeyd olunub ki, görüşdə Qazaxıstanın bu il sədrlik etdiyi MDB […]

Sabah hava küləkli olacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata əsasən, avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, […]

Erməni kvadrokopterini ələ keçirən hərbçimiz DANIŞDI – VİDEO

Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd […]

İstənilən təxribatın qarşısını almağa hazırıq – Müdafiə Nazirliyi

Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. “Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni […]

Kritik görüş: Düşmən ölkələrin liderləri üz-üzə gəlir

Bu gün Brüsseldə Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, görüş Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin təşəbbüsü ilə baş tutacaq. Görüşdə Avropa İttifaqının Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak da iştirak edəcək. Xatırladaq ki, Kosovo hökuməti avqustun […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031