Rusiya hərbi səfərbərliyə hazırlaşır – ABŞ rəsmisi

Rusiya hakimiyyəti hərbi səfərbərlik həyata keçirməyə hazırlaşır.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.   O, deyib ki, Rusiya Ukraynanın nəzarətində olan və olmayan ərazilərində psevdoreferendum keçirəcək.   Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması “səfərbərlik”, “hərbi vəziyyət” və “müharibə vaxtı” anlayışlarını Cinayət Məcəlləsinə daxil edən […]

Ərdoğan BMT-nin Baş katibi ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb. Cumhuriyyet.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Xatırladaq ki, görüş Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasının iclası çərçivəsində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində reallaşıb.

Rusiya hər ay azı bir milyardlıq silah satır

Altı ay ərzində Rusiya silahlarının ixracı 6 milyard dollardan çox olub.   Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin müdafiə sənayesinin nümayəndələri ilə görüşündə bildirib.   “Bu ilin cəmi altı ayında, hamının yaxşı bildiyi bütün şərtlərə baxmayaraq, sənayemiz xarici tərəfdaşlara 6 milyard dollardan çox dəyərində hərbi məhsullar təqdim edib”, – Putin görüşdə deyib.

Hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq – ƏRDOĞAN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasında çıxış edib. Cumhuriyyet.az xəbər verir ki, o, çıxışı zamanı Ukrayna, Suriya və Cənubi Qafqazdakı vəziyyətdən danışıb. Ərdoğan bildirib ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təminatı üçün tarixi fürsət pəncərəsi açılıb: “Türkiyə olaraq çox mühüm addımlar atdıq. Bölgədə ölkəmizlə […]

KTMT-nin Baş katibi Ermənistana səfər edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edib.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.   Bildirilir ki, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün İrəvana gediblər.   Missiyaya KTMT-nin işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin […]

VHP Dünya Azərbaycanlılarına müraciət etdi: “Milli Birlik və Vətəndaş Həmrəyliyi bu gün ən böyük silahımızdır”

Azərbaycan-Ermənistan sərhəddində baş verən son gərginlikdən sonra yaranmış hərbi-siyasi vəziyyətlə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Dünya Azərbaycanlılarına müraciət edib. Müraciəti diqqətinizə çatdırırıq: ” Əziz həmvətənlər! Hər şeydən öncə bir məqamı diqqətinizə çatdıraq ki, hərbi qarşıdurma erməni tərəfin Azərbaycan ərazisində silahlı qüvvələrimizin dislokasiya məntəqələri arasındakı əraziləri  minalamasından sonra yaranıb. Ermənistan Baş Naziri tərəfindən də etiraf olunan bu […]

Köçəryan tərəfdarlarına söz verdi

Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfdarları ilə görüşdə müxalifətin “Müqavimət” hərəkatının lideri kimi çıxış etməməsinin səbəbini açıqlayıb. Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Köçəryanın tərəfdarları ilə görüşü dünən keçirilib. Eks-prezident qeyd edib ki, 2021-ci ilin iyulunda keçirilən parlament seçkilərindən sonra səsvermənin nəticələri təhlil edilib və onun blokunun qalib gəlməsinə mane olan iki amil müəyyən […]

Deputatlar MDB PA-nın iclaslarına qatılacaqlar

Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün sentyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.   Cumhuriyyet.az xəbər verir ki, qurumun Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının işində Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev onlayn formatda və deputat Arzu Nağıyev iştirak edəcəklər. […]

Putin ermənilərin etirazına münasibət BİLDİRDİ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması istiqamətində tədbirlər görülür.   Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirləri qarşısında çıxışı zamanı deyib.   Prezident bildirib ki, noyabrda İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının illik sammiti keçiriləcək:   “Qeyd edirəm ki, təşkilat Ermənistan-Azərbaycan sərhəd bölgəsində vəziyyətin […]

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanır

Milli Məclisin (MM) payız sessiyası müddətində “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur.   Cumhuriyyet.az-ın məlumatına görə, bu məsələ parlamentin Səhiyyə komitəsinin payız sessiyası üçün iş planında yer alıb.   Komitənin bugünkü iclasında müzakirəyə çıxarılan iş planında həmçinin koronavirusla (COVID-19) bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlərə dair, eləcə də icbari tibbi sığortanın tətbiqi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930