Qərbi Azərbaycan İcması: “Göyçə-Zəngəzur Respublikasını tanımırıq!”

“Qərbi Azərbaycan İcması”nın mətbuat xidməti “Göyçə-Zəngəzur Respublikası” adlı qurumla bağlı məlumat yayıb. Cumhuriyyet.az xəbər verir ki, “Qərbi Azərbaycan İcması” belə bir qurumun yaradılmasını yolverilməz hesab edib İcmanın məlumatında deyilir: “Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan […]

Milli Məclis beynəlxalq sazişi təsdiqləyəcək

Milli Məclis Azərbaycanla İCESCO arasında sazişi təsdiqləyəcək.   Cumhuriyyet.az-ın xəbərinə görə, bununla bağlı sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.   Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun […]

“Heç kim bizə yardım etmir, çox pis vəziyyətdə yaşayırıq” – Zəngəzurdakı ermənilər

Ermənistanın “1in TV” internet kanalı Sünik vilayətinin (Zəngəzur) Bayandur kəndində yaşayan ermənilərlə bağlı reportaj hazırlayıb.   Cumhuriyyet.az xəbər verir ki, ötən həftə sərhəddə baş vermiş silahlı toqquşmalardan sonra təşvişə düşən ermənilər yerli qurumlar tərəfindən onlara diqqət göstərilmədiyini bildiriblər.   Onlar bölgədə qaz və elektrik təchizatında problemlərin olduğunu, çətin durumla üzləşdiklərini söyləyiblər. Bununla belə erməni sakinlər […]

Uşaqlar arasında bu viruslar yayılıb – RƏSMİ AÇIQLAMA

Hazırda uşaqlar arasında geniş yayılan infeksiyalarla bağlı rəsmi açıqlama verilib.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev danışıb.   Ə.Quliyev qeyd edib ki, hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir:   “Bu xəstəliklərin hər birinin özünə xas xüsusiyyətləri var. Rotavirus infeksiyası əsasən fekal-oral yolla ötürülür […]

Ermənistanın eks-prezidentləri və Qarabağ separatçılarının sabiq başçıları TOPLAŞIR

Ermənistanın keçmiş prezidentləri və Qarabağ separatçılarının eks-liderləri, eləcə də bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə görüş keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr xatırladır ki, birinci prezident Levon Ter-Petrosyanla katolikos II Qareginin görüşündən sonra “Daşnaksütyun” partiyasının ali orqanının üzvü İşxan Saqatelyan görüşün onun […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930