Qaribaşvili: “Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır”

“Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır”. Cumhuriyyet.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışı zamanı deyib. “Regiondakı çətin vəziyyətə baxmayaraq, biz qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik”, – Gürcüstan hökumətinin başçısı bildirib. O, həmçinin qeyd edib ki, iyul ayında Gürcüstanda […]

Ermənistan Paşinyan-Ərdoğan görüşünü istisna etmir

Ermənistan Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün hələlik təsdiqlənmədiyini bildirir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan “Armenpress”ə danışıb. O bildirib ki, Praqada görüşün mümkünlüyü istisna edilmir. Qeyd edək ki, bu gün Ərdoğan Praqada Avropa İttifaqının təşkil etdiyi müzakirələrdə Paşinyanla görüşə biləcəyini açıqlayıb.

Zelenski Səudiyyə kralına təşəkkür etdi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb. Zelenski Səudiyyə şahzadəsinə hərbi əsirlərin mübadiləsində göstərdiyi səylərə görə minnətdarlığını bildirib və krallığın bu prosesdə əsas rolunu qeyd edib. Salman Əl Səud ölkəsinin Ukrayna münaqişəsinin bütün tərəfləri […]

KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə baş çəkib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib. Onun sözlərinə görə, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib. Zas orada yerli rəsmilər və hərbçilərlə görüşüb. Səfərin digər detalları hələlik məlum deyil.

Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub. Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son insident müzakirə edilib. Rəisi İranın hadisələri diqqətlə izlədiyini qeyd edib. O bildirib ki, regiondakı bütün problemlər yalnız sülh yolu ilə həll edilməlidir. Xatırladaq ki, sentyabrın 12-13-də […]

Rusiya Kanadaya sanksiya tətbiq etdi

Rusiya 87 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, siyahıda ölkənin ştat və ərazilərinin rəhbərləri, hərbçilər, Kiyevi silah və texnologiyalarla təchiz edən şirkətlərin rəhbərləri, fəallar var. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, Rusiya bu qadağanı Kanadanın sanksiyalarına cavab olaraq tətbiq edir.

Britaniya deputatı erməni təxribatını pislədi

Azərbaycan-Böyük Britaniya Parlamentlərarası əlaqələr üzrə işçi qurupu Ermənsitanın hücumları ilə bağlı bəyanat yayıb. Cumhuriyyet.az xəbər verir ki, bəyanat işçi qurupunun sədri Bob Bləkmən tərəfindən verilib. Bəyanatda bildirilib ki, Ermənistan 13 sentyabr 2022-ci ildə Azərbaycanın suveren ərazisinə yeni qəddar hücumlar törədib. Qeyd edilib ki, heç bir səbəbi olmayan bu hücumlar günahsız mülkü şəxslərə, infrastruktura və Azərbaycan […]

Stoltenberq Çinə Rusiya ilə bağlı çağırış etdi

NATO-nun Baş katibi Yens Stoltenberq Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Stoltenberq özünün “Twitter” hesabında məlumat yayıb. Görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub. Stoltenberq Çini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə etməyə çağırıb.

Azərbaycan alimentlə bağlı konvensiyaya qoşulur

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Cumhuriyyet.az xəbər verir ki, layihəni komitənin sədri Əli Hüseynli təqdim edib. O bildirib ki, konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının […]

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarı ilə telefon danışığı aparmaq niyyətindədir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. Ərdoğan qeyd edib ki, Vladimir Putin və Volodimir Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək. Telefon danışığının nə vaxt baş tutacağı hələlik məlum deyil.

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930