Armen Qriqoryan Brüsselə gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə səfərə gedəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb. Səfər çərçivəsində Qriqoryan NATO-nun mənzil-qərargahında görüşlər keçirəcək.

Türkiyə və Ukraynanın birinci xanımları görüşdü

Türkiyə və Ukraynanın birinci xanımları Əminə Ərdoğanla Yelena Zelenskaya görüşüblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə xanım Ərdoğan “Twitter” hesabında məlumat yayıb. Görüş İstanbulda baş tutub. Əminə Ərdoğan Zelenskaya ilə görüşdən məmnunluğunu ifadə edib. “İnanıram ki, Ukrayna xalqının, xüsusilə də qadınların və uşaqların yaralarını bir yerdə saracağıq”, – açıqlamada deyilir.

Ceyhun Bayramovla Mirzoyan arasında görüş BAŞLAYIB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında görüş başlayıb. Cumhuriyyet.azxəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter” hesabında məlumat yayıb. Görüş Cenevrədə keçirilir. Xəbər yenilənəcək

Azərbaycan beynəlxalq öhdəliklərə ciddi yanaşır – XİN

Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilmiş cinayətlərlə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən araşdırılır. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb. “Lakin Ermənistan çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün hələ heç bir addım atmayıb”, – […]

Makron Zelenskiyə kömək vəd etdi

Fransa prezidenti Emmanuel Makron və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Makron telefon danışığında Ukrayna ərazilərinin ilhaqını qanunsuz adlandırıb və Parisin Ukraynaya suverenliyini bərpa etməyə kömək edəcəyini bildirib.

Qazaxda qəzalı vəziyyətdə olan məktəbdən – FOTOLAR

Bu gün Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin binası qəzalı vəziyyətdədir. Həm məktəbin müəllim-şagird kollektivi, həm valideynlər, həm də kənd sakinləri məktəbin qəzalı vəziyyətdə olmasından çox narahatdırlar. Aidiyyəti orqanlar tərəfindən tədbir görülməsini tələb edirlər. Bununla bağlı 28 sentyabr 2022-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Rayon Fövqəladə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31