İrandan Azərbaycana qarşı cəfəng ittihamlar – VİDEO

Artıq üç həftədir ki, bütün dünyanın diqqəti İranda hakimiyyət əleyhinə etirazlara yönəlib, rejimin dinc nümayişçilərə qarşı zorakılığına və repressiyalarına beynəlxalq səviyyədə kəskin reaksiyalar getdikcə artmaqdadır. Mövzu ilə bağlı “Azad İran” “Youtube” kanalı süjet hazırlayıb. Nə qədər qəribə olsa da, bu şəraitdə bəzi İran rəsmilərinin, eləcə də İran mediası və ekspertlərinin işi-gücü Azərbaycanı izləməkdir və onlar […]

Aİ yaxın günlərdə Ukraynaya 2 milyard avro yardım ayıracaq

“Avropa İttifaqı Ukraynaya yaxın gələcəkdə 2 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək niyyətindədir”. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Praqada Aİ-nin qeyri-rəsmi sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. “Yaxın günlərdə Ukraynaya makromaliyyə yardımı kimi daha 2 milyard avro ayrılacaq”, – deyə o qeyd edib. Avropa Komissiyasının rəhbəri həmçinin vurğulayıb ki, Aİ ölkələri […]

“Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi çərçivəsində “İctimai vəkillik” mövzusunda təlimlərə start verilib

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi çərçivəsində “İctimai vəkillik” mövzusunda təlimlərə start verilib. Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin birincisi Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbində baş tutub. Təlim kursunda 15 kənd sakini iştirak edib. Layihənin məqsədi ictimai iştirakçılığın artırılması […]

Azərbaycan və Türkiyə XİN başçıları danışıqlar apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Telefon danışığı zamanı müzakirə edilən mövzular açıqlanmayıb.

Xarkovun azad edilmiş ərazisində 530 dinc sakinin meyiti tapılıb

Sentyabrın 7-dən indiyədək Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilmiş ərazilərində 530 meyit tapılıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, mülki şəxslərə aid olan həmin meyitlərin əksəriyyətində zorakılıq əlamətləri var. Onların 225-i qadın, 257-si kişi və 19-u uşaqdır. 29 nəfərin meyiti isə tanınmaz haldadır. Mənbə: Korrespondent

KİV: “Putin və Zelenski İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər”

Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski noyabrda İndoneziyada keçiriləcək G20 sammitinə gəlmək barədə razılığa gəliblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “The National” nəşri BƏƏ-nin İndoneziyadakı səfiri Husin Bagisə istinadən yazıb. Bildirilib ki, dövlət başçıları Bali sammitinə gəlsələr, bu, onların münaqişə başlayandan bəri ilk dəfə eyni meydançada görünməsi olacaq. “Hər ikisi iştirak […]

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri oktyabrın 7-də başa çatıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 13:23 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib. Cumhuriyyet.az […]

Prezident İlham Əliyev MDB dövlət başçılarının şərəfinə təşkil olunan qeyri-rəsmi naharda iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının şərəfinə təşkil olunan qeyri-rəsmi naharda iştirak edib. Cumhuriyyet.azxəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Avropada Qarabağ Zəfəri

Qoca Avropa qitəsində oktyabrın 6-da Qarabağ fırtınası yaşandı. Mədəniyyət və idman beşiyi olan Afinada “Qarabağ” klubunun futbol demarşı ilə başa çatan gün siyasi mərkəz olan Avropa İttifaqında diplomatiya paradımızla başlamışdı. Amma daha böyük sevinc isə artıq idman, mədəniyyət, iqtisadiyyat, hərbi uğurlarımızın diplomatiya meydanında möhürlənərək təsdiq olunmasıdır. Oktyabrın 6-da Avropa İttifaqının “Avropa siyasi birliyi” Zirvə Toplantısında […]

İlham Əliyev Rusiyaya GETDİ

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31