Azərbaycanda yeni milli parklar yaradılacaq

“Ölkədə yeni milli parkların yaradılması və mövcud qoruqların milli parklara çevrilməsi nəzərdə tutulub”. Cumhuriyyet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda qonaq olarkən deyib. O bildirib ki, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən prosedura başlanılıb: “Məqsəd odur ki, ekosistemə turistlərin, vətəndaşların əlçatanlığı […]

Prezidentdən AQTA ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının işçilərinin say həddi 135-dən 150-yə, regional bölmələrinin işçilərinin say həddi 665-dən 900 ştata qaldırılıb. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Bu abunə haqqı 40% artırıldı – Tarif Şurasından yeni QƏRAR

  Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib. Cumhuriyyet.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti internet, xüsusi radiorabitə, “AzStateNet” fiber optik şəbəkəsindən istifadə və digər xidmətlər üzrə tariflərə baxılması ilə bağlı Şuraya müraciət edib. Müraciətdə dövlət qurumlarının etibarlı rabitə ilə təmin edilməsi üçün yeni xidmətlərin yaranmasına və […]

Qazaxda tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anılıb

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, şanlı Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gün başladıq. 44 gün davam edən savaşda Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, […]

İlham Əliyev Britaniyanın yeni baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunaka təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az-ın xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxəli […]

Prezident Azərbaycanla İsrail arasında hava əlaqələri ilə bağlı sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişi təsdiqləyib. Cumhuriyyet.az-ın xəbərinə görə, Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı […]

Prezidentdən Cavid Qurbanovun yerinə TƏYİNAT – FOTO

Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilib. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

İlham Əliyevdən İsa Həbibbəyli ilə bağlı SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilib. Cumhuriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezident Gürcüstanın təhsil və elm nazirini qəbul etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelini qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı bir neçə gün əvvəl Gürcüstana səfərinin uğurla keçdiyini, səmərəli müzakirələrin aparıldığını bildirib, səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün çox əhəmiyyətli olduğunu vurğulayıb, müzakirə olunan məsələlərin siyasi, iqtisadi, nəqliyyat, enerji və digər […]

Əliyev-Putin-Paşinyan görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün baş tutacağına inanırıq. Cumhuriyyet.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında mümkün görüşlə bağlı sualı cavablandırarkən deyib. “Belə bir üçtərəfli görüş hazırlanır, onun baş tutacağına ümid edirik. Yeri və zamanı vaxtında […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31