Rusiya XİN Azərbaycanla münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib

Rusiya ilə Azərbaycan arasında münasibətlər uzun illər möhkəmlik sınağından çıxıb və yüksələn xətlə inkişaf edir. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini İqor Neçayev bu gün keçirdiyi brifinqdə “Dəyişən dünya fonunda tərəfdaşlıq baxımından bu gün Azərbaycanla münasibətlərin Rusiya üçün nə kimi əhəmiyyəti var?” sualına cavabında bildirib. “Rusiya […]

Deputatdan bütün tələbələri sevindirəcək TƏKLİF

“İctimai nəqliyyatda tələbələr üçün müəyyən güzəştlərin olması vacibidir”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə deputat Cəbi Quliyev Milli Məclisin bu gün keçirilən iclasında məsələ qaldırıb. “Müəyyən güzəştlər tələbələrə də aid edilməlidir. Bu məsələ Naxçıvanda təhsil alan və ya Naxçıvandan olan tələbələrə də aiddir. Çünki minlərlə tələbə təyyarədən istifadə edir. Ona görə də gələn ilin büdcəsindən […]

“Qarabağ” azarkeşlərinə görə CƏRİMƏLƏNDİ – SƏBƏB

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib. Cumhuriyyet.az xəbər verir ki, Misli Premyer Liqasının 14-cü turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. Misli Premyer Liqasının 14-cü turunun “Şamaxı” – “Sumqayıt” oyununda qonaq komandasının futbolçusu Vüsal İsgəndərli oyundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdığına görə 1 oyun cəzalandırılıb, klub 2400 manat cərimə edilib. Stadiona […]

Ərdoğanla Netanyahu arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Likud Partiyasının lideri, Baş nazir vəzifəsinə potensial namizəd Benyamin Netanyahu arasında noyabrın 17-də telefon danışığı olub. Cumhuriyyet.az “CNN Türk”ə istinadən bildirir ki, B.Netanyahu Türkiyə liderinə zəng edib. O, noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən terrror aktında ölən və yaralananlara görə, R.T.Ərdoğana başsağlığı verib. B.Netanyahu eyni zamanda, Türkiyənin Rusiya və […]

Sergey Lavrov İrəvana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-də Ermənistanın paytaxtı İrəvana səfər edəcək. Cumhuriyyet.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin direktor müavini İvan Neçayev bildirib. Onun sözlərinə görə, S.Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak edəcək. Toplantı noyabrın 23-də İrəvanda keçiriləcək. İclasda KTMT-nin kollektiv […]

Ordumuzun mayoru VƏFAT ETDİ – RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu Paşayev Elşad Şirağa oğlu vəfat edib. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən bildirilib. “Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlunun yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik. Faktla bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə […]

ANAMA: Azərbaycanda indiyə qədər təxminən 550 qadın və uşaq minaya düşüb

“1992-ci ildən 2020-ci ilə qədər 3079 nəfər minadan zərər görüb”. Cumhuriyyet.az xəbər verir ki, bunu ANAMA-nın İdarə rəisi Ramil Əzizov “Mina Təhlükəsi İlə Mübarizə: Çağırışlar və İmkanlar” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib. Onun sözlərinə görə, 2020-ci ildən, noyabrda müharibə bitəndən bu günə kimi isə 268 nəfər minaya düşüb. O bildirib ki, indiyə qədər minaya düşənlərin […]

Lavrov KTMT-nin Ermənistanda keçiriləcək iclasında iştirak edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-də Ermənistanda Xarici İşlər və Müdafiə Nazirləri Şuralarının, eləcə də KTMT Təhlükəsizlik Şurası Katiblər Komitəsinin birgə iclasında iştirak edəcək. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı deyib. Onun sözlərinə görə, iclas iştirakçıları təşkilat çərçivəsində xarici siyasət, […]

Milli Məclisdə İSF-in gələn il üçün büdcəsi birinci oxunuşda qəbul edilib

Parlamentdə “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Cumhuriyyet.az-ın xəbərinə görə, gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlir və xərcləri 212 668 344,50 manat məbləğində proqnozlaşdırılır. Sənədə əsasən, İSF-nin büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək: – işsizliyə görə sığorta ödənişləri – 11 milyon manat; – peşə hazırlığı və əlavə təhsilin təşkili […]

Milli Məclis DSMF-nin 2023-cü il büdcəsini birinci oxunuşda qəbul edib – YENİLƏNİB

Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Cumhuriyyet.az  xəbər verir ki, gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6263,97 milyon manat, xərcləri 6263,97 milyon manat proqnozlaşdırılır. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib. *** saat 16.55 Parlamentdə “Dövlət sosial müdafiə fondunun 2023-cü […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930