BMT İranı etiraz aksiyaları zamanı saxlanılanları azad etməyə çağırıb

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini ölkədəki bütün məhbusların hüquqlarını, o cümlədən dinc toplaşmaq hüququnu tanıyaraq azad etməyə çağırıb. O qeyd edib ki, İnsan Hüquqları üzrə Ali Komissarlıq (BMTİHAK) İran hakimiyyətinə mümkün qədər tez ölüm hökmünə moratorium tətbiq etməyi və beynəlxalq hüquqda “ağır” kimi təsnif edilməyən cinayətlərə görə edamın ləğvini tövsiyə […]

Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankında 5 mlrd. dollarlıq hesab açır

Səudiyyə Ərəbistanının Türkiyənin Mərkəzi Bankında 5 milyard dollarlıq depozit hesabı açması üçün aparılan danışıqlar yekun mərhələyə çatıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə yerli mediaya Xəzinə və Maliyyə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, bu məlumatı Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin sözçüsü “Reuters“ə açıqlamasında təsdiqləyib.

Qırğızıstanda 3 İŞİD üzvü saxlanılıb

Qırğızıstanın xüsusi xidmət orqanları Bişkek şəhərində 3 İŞİD üzvünü saxlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Məlumata görə, saxlanılanlardan ikisi Əfqanıstanda İŞİD-in qolu olan “Vilayət Xorasan” terror qruplaşmasına qoşulmaq üçün ölkədən çıxmağa cəhd edib, üçüncü şəxs isə onların ölkədən çıxışının təşkilinə cavabdeh olub.

Baş Prokurorluqda AŞPA nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Bu gün Baş prokurorun müavini Elmar Camalov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsindən olan nümayəndə heyəti ilə görüşüb. Bu barədə Cumhuriyyet.az-a Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib. Məlumata görə, qonaqları salamlayan Elmar Camalov Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, insan hüquq və azadlıqlarının təmin edilməsi […]

Azərbaycan və İsrail prezidentləri arasında telefon danışığı olub

Noyabrın 22-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. İsxak Hersoq İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və qeyd edib ki, bu, İsrail üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla […]

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslə bağlı QƏRAR VERİLDİ

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimova hökm oxunub və o, 17 il müddətinə azadlıqda məhrum edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə […]

Avropa Parlamenti İranla birbaşa əlaqəni müvəqqəti dayandırır

Avropa Parlamenti İranla birbaşa əlaqəni müvəqqəti dayandırır. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Avropa Parlamentinin sədri Roberta Metsola Avropa Parlamenti ilə İran arasında birbaşa əlaqə və dialoqun müvəqqəti dayandırılacağını bəyan edib. Metsola İranda nümayişçilərin zorakılıqla repressiya edilməsinə də işarə edib. “Avropa bizə ümid bəsləyən etirazçılara göz yummayacaq”, – deyə o vurğulayıb.

Azərbaycan və Rusiya Baş nazirlərinin telefon danışığı olub

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Rusiyanın hökumət saytında məlumat verilib. Bildirilir ki, 2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların davamı kimi hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. “Mixail Mişustin və Əli Əsədov nəqliyyat, […]

Ərdoğan: “Tanklarımızla hamısının kökünü kəsəcəyik”

“Ən qısa müddət ərzində bizimlə birlikdə hərəkət edən dostlarımız və əsgərlərimizlə birlikdə, tanklarımızla hamısının kökünü kəsəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yusifəli” su anbarının açılış mərasimində Suriyadakı terrorçulara qarşı quru əməliyyatı ehtimalı barədə danışarkən deyib. Onun sözlərinə görə, ötən həftə İstanbulda törədilmiş terror aktına cavab olaraq terror hədəfləri yerlə yeksan edildi: “Ölkəmizin sərhədlərinə və […]

Messi: “Bəhanəmiz yoxdur”

“Bəhanəmiz yoxdur”. Cumhuriyyet.az-ın məlumatına görə, bunu Argentina millisinin futbolçusu Lionel Messi deyib. Ulduz hücumçu DÇ-2022-nin ilk turunun Səudiyyə Ərəbistanı ilə matçındakı məğlubiyyətə şərh verib: “Biz heç vaxt olmadığı qədər birləşməliyik. Bu komanda güclüdür və bunu göstərib. Belə vəziyyətlə çoxdandır üzləşməmişdik. İndi biz əsl komanda olduğumuzu göstərməliyik”. Qeyd edək ki, birinci hissədə hesabı açan Argentina ikinci […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930