Nuland: “Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik nümayiş etdirir”

“Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik nümayiş etdirir”. Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ukraynalı jurnalistlərlə görüşündə deyib. “Baxmutun yaxınlığında baş verənlərə baxın. Birinci Dünya Müharibəsindəki səngər döyüşünə bənzəyir. Rusiya ordusu Ukraynanın güclü müdafiə xəttini yara bilmir”, – Nuland bildirib. Dövlət katibinin müavininin sözlərinə görə, bu vəziyyət müdafiə sistemlərini Rusiya […]

Türkiyənin pilotsuz təyyarəsi ilk uçuşunu edib

Türkiyənin ilk reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçusunu həyata keçirib. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar məlumat verib.

İranda daha bir AES inşa edilir

İranın Xuzestan əyalətində yeni AES-in tikintisi başlayıb. Cumhuriyyet.az-ın xəbərinə görə, təməlqoyma mərasimində vitse-prezident Məhəmməd Eslami də iştirak edib. İnşaatı 8 ilə tamamlanacaq AES-də istilik daşıyıcısı olaraq sudan istifadə ediləcək. Lahiyənin dəyəri 2 milyard dollardır.

Türkiyə və Fransanın xarici işlər nazirləri telefonla danışıb

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın Xarici işlər naziri Katrin Kolonna ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə XİN-dən bildirilib. Qeyd olunub ki, danışıq zamanı regional məsələlər müzakirə edilib.

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu tarixdə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun iştirakı ilə üçtərəfli sammit baş tutacaq. Cumhuriyyet.az Türkmənistan mediasına istinadən xəbər verir ki, görüş dekabrın 13-14-də Türkmənbaşı şəhərində keçiriləcək. Sammitin keçirilməsi ilə bağlı qərarı Türkmənistan Prezidenti imzalayıb. Həmçinin, görüş zamanı bir sıra sazişlərin imzalanacaq.

Xəzərin sahilində 700-ə yaxın ölü suiti tapılıb

Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın suiti cəsədi tapılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyin Şimali Qafqaz Ərazi Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Ceyhun Bayramovun ATƏT-də çıxışı Moldova KİV-də – Fotolar

Moldova KİV-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ATƏT  Nazirlər Şurasının 29-cu iclasında çıxışı rumın və rus dillərində geniş işıqlandırılıb. Cumhuriyyet.az-ın xəbərinə görə, Moldovanın RUPOR.MD, PUBLİKA.MD, PRİMELESTİRİ.MD, REALİTATEA.MD, DOSARMEDİA.MD xəbər portallarında C.Bayramovun çıxışının əsas tezisləri əks olunub. Belə ki, PUBLİKA.MD portalında “Bayramov: Ermənistan fərq qoymadan Azərbaycanın azad olunmuş ərazilərində mina basdırmağa davam edir” başlıqlı xəbərdə […]

Qırğızıstan-Tacikistan sərhədində ALOVLANMA

Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib, Qırğızıstan vətəndaşı havaya üç xəbərdarlıq atəşi açıb. Cumhuriyyet.az “Report”a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Bildirilib ki, Tacikistan vətəndaşları Somonien (Tacikistan – red.) kəndindən keçərək Daxma kəndinə doğru hərəkət edən qırğızlara qarşı nalayiq ifadələr işlədib. Nəticədə onlar arasında dava düşüb. “Münaqişənin genişlənməsinin […]

ABŞ F-15 qırıcılarını Polşaya göndərdi

ABŞ Hərbi Hava Qüvvələri F-15 qırıcılarının bir qrupunu Polşanın Lask şəhərindəki aviabazasına göndərib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı hərbi hava qüvvələrinin komandanlığı məlumat yayıb. Məlumata görə, qırıcılar Polşada əməliyyatlar aparacaq.

Makron Putinlə Zaporojye AES-i müzakirə edəcək

Fransa Prezidenti Emmanuel Makron yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq niyyətindədir. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, o bu barədə TF1 telekanalına müsahibəsində deyib. Fransa Prezidenti bildirib ki, telefon danışığı zamanı o, həmçinin Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında (AES) yaranmış vəziyyətlə bağlı müzakirə aparmaq niyyətindədir. “Biz Ukraynaya kömək etməyə davam etməli, eskalasiyadan qaçmağa […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031