Molla rejiminin muzdluları Təbriz küçələrini hərbi hissəyə çevirdilər

Molla rejiminin muzdluları Təbriz küçələrini hərbi hissəyə çeviriblər. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, onlar muzdlu olduqlarına görə yorğundurlar, despot hökmdarın razılığını əldə etmək üçün burada dayanıblar.

Ukraynadakı müharibənin nəticəsindən asılı olaraq… – Zas açıqladı

“Şərqi Avropada və bütün Avrasiyada təhlükəsizlik Ukraynadakı xüsusi əməliyyatın nəticəsindən və sonrakı razılaşmalardan asılı olacaq”. Cumhuriyyet.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas qurumun Parlament Assambleyasının Moskvada keçirilən iclasında deyib. KTMT-nin baş katibi daha əvvəl bəyan etmişdi ki, təşkilatın məsuliyyət zonasında münaqişələrin həlli ümumi vəzifədir. Onun sözlərinə görə, Belarusun […]

Azərbaycanın mina problemi ABŞ-da müzakirə olundu – FOTO

ABŞ-ın Napa Vadisində “Sülhün Kökləri” təşkilatının vasitəçiliyi ilə “Sülh üçün çağırış festivalı”nda (“The Festival of the Bells for Peace”) Azərbaycanın mina problemi müzakirə olunub. Cumhuriyyet.az xəbər verir ki, “Sülh üçün çağırış festivalı” təhlükəli ərazilərin minalardan təmizlənməsi, müharibənin təsirinə məruz qalmış bölgələrin yenidən qurulması və bərpası üçün yardım vəsaitinin toplanmasına həsr olunub. Tədbirdə Azərbaycanın ABŞ-da fövqəladə […]

Azərbaycan səfirliyi: 16 mindən çox vətəndaşımız Ukraynadan köçürülüb

Lənkəran rayonunun Gərmətük kənd sakini Babayev Xəyyam Fəryad oğlunun Ukraynada öldüyü deyilir. Bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib ki, bu şəxs haqqında məlumat yoxdur. “Ölən vətəndaşlar haqda məlumat Xarici İşlər Nazirliyinə göndərilir, lakin yaralılar haqda yox”, – deyə qeyd olunub. Bildirilib ki, Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, aktiv evakuasiya elan olunandan sonra 16 mindən […]

Zakir Həsənov Hulusi Akarla görüşdü – FOTO/VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə dekabrın 5-də Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılayıb. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri […]

Çavuşoğlu: “İnşallah, Ermənistan da ağıllanar”

“Beynəlxalq sistem “dondurulmuş münaqişə”ləri həll edə bilirmi? Azərbaycanın 44 günlük müharibədən sonra qazandığı Zəfəri Qarabağ probleminin “dondurulmuş münaqişə” olmadığını, sadəcə həllin dondurulmuş olduğunu, ATƏT-in bunu həll edə bilmədiyini, Azərbaycanın da öz problemini özünün həll etdiyini göstərdi”. Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hacı Bayram Veli Universitetində çıxışı zamanı bildirib. O qeyd edib ki, […]

Azərbaycanda 2 yeni medal təsis ediləcək

  Azərbaycanda 2 yeni medal təsis ediləcək. Cumhuriyyet.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə […]

İlham Əliyev Akarla görüşdü, bu məsələ müzakirə olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Cumhuriyyet.az xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir. Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına […]

Ceyhun Bayramov Brüsselə gedəcək

Cari ilin dekabr ayının 12-də Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Cozep Borel bildirib. Avropa İttifaqının ali nümayəndəsinin sədrliyi ilə keçiriləcək sessiyada beş Şərq Tərəfdaşlığının (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri iştirak edəcək. İclasda Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı […]

İlham Əliyev Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb. Prezident.az xəbər verir ki, müraciətdə deyilir: “Sizi – Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınızı Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Könüllülük və xeyirxahlıq ənənələri xalqımızın əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlər sistemində xüsusi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031