Azərbaycan Prezidenti İsrailin Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az-ın məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Baş nazir, İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Bu, dost İsrail xalqının Sizə olan böyük inam və etimadının bariz təzahürü, ölkənizin hərtərəfli inkişafı […]

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı QƏRAR VERDİ

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə vəkilləri tərəfindən verilən vəsatətə baxılıb. Cumhuriyyet.az xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baş tutan iclasda qərar elan olunub. Qərara görə, vəsatət təmin olunmayıb. Xatırladaq ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində […]

Azərbaycanla 27 ölkə arasında 150 sənəd imzalanıb

Bu il çoxtərəfli və ikitərəfli əsasda hüquqi sənədlərin imzalanması istiqamətində iş aparılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair yaydığı məlumatda qeyd olunub. Qeyd olunub ki, 2022-ci il ərzində müvafiq prosedurlara uğun olaraq, Azərbaycan–İran–Rusiya arasında 1 sənəd, Azərbaycan–Türkiyə–Türkmənistan arasında 6 sənəd, Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan arasında 1 sənəd imzalanıb. Bununla yanaşı, 27 ölkə […]

Azərbaycan XİN: “Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib”

“Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla yanaşı sabit əsasda inkişaf edib”. Cumhuriyyet.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb. Bildirilib ki, iki dövlət arasında ali səviyyədə səfərlər baş tutub və müvafiq dövlət qurumları arasında sahəvi əməkdaşlıq davam edib. “29 […]

Kəsilmiş əl barmağının yerinə ayaq barmağı tikildi – VİDEO

Türkiyədə əl barmağı kəsilən kişinin əlinə ayaq barmağı tikilib. Cumhuriyyet.az xəbər verir ki, hadisə Konya şəhərində baş verib. Belə ki Yunus Kona adlı usta il yarım əvvəl işlədiyi tikintidə qəza nəticəsində sağ əlinin baş barmağını itirib. Həkimlər ona sol ayağının orta barmağını əlinə tikməyi təklif edib. Bununla razılaşan Kona əməliyyata alınıb. Konanın sol orta barmağı […]

Prezidentlə xanımı “Şabran” İstirahət Kompleksinin açılışına qatıldı – YENİLƏNİB + FOTOLAR

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı, birinci xanım və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma oteldə görülən işlər barədə məlumat […]

Vasif Talıbovun qardaşı VƏZİFƏDƏN AZAD EDİLDİ – FOTO

Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib. Cumhuriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Talıbov öz arzusu ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Xəbəri Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.  

AQTA: Dönər məhsulunda at DNT-si aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən süd məhsullarından 111 və hazır dönərlərdən 174 nümunə götürülərək müayinə məqsədilə Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. AQTA-dan Cumhuriyyet.az-a verilən xəbərə görə, nümunələrin sınaq nəticəsinə əsasən, 5 pendir, 3 xama, 2 kəsmik, 9 ət və 3 toyuq dönəri olmaqla ümumillikdə 22 məhsulun minimum keyfiyyət […]

Zaxarova Paşinyanın iradına cavab verdi

“Rusiya sülhməramlı kontingentinin tənqidi qəbuledilməzdir, Moskva vəziyyəti yaxşılaşdırmağa çalışır”. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib. M.Zaxarova söyləyib ki, Rusiya sülhməramlı kontingenti vəziyyətin yerində nizamlanması üçün əlindən gələni edir. “Heç bir publik hücum işin həllinə kömək etmir”, – deyə rusiyalı diplomat vurğulayıb. Qeyd edək […]

“Bakcell” jurnalistlər üçün seminar keçirib – FOTO

“Bakcell” MMC jurnalistlər və bloqerlər üçün “Mobil telekommunikasiya: son nailiyyətlər və yeni texnologiyalar” mövzusunda iki günlük seminar təşkil edib. Mobil rabitəyə həsr olunmuş bu ənənəvi seminarın əsas məqsədi telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, rəqəmsallaşdırma, innovasiyalar və son tendensiyalar barədə mətbuat nümayəndələrinin və bloqerlərin məlumatlılığını artırmaqdır. Tədbirdə ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031