Azərbaycanda ictimai iaşə dövriyyəsi 42%-dək artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 41,9% artaraq 1 milyard 378,9 milyon manat olub. Bu barədə Dövlət Statistika Komitəsi xəbər yayıb. Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9%-i hüquqi şəxslərin, 50,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi […]

Çavuşoğlu: “Rusiya Ukrayna ilə danışıqlara yeni şərtlər əsasında qayıtmaq istəyir”

“Rusiya Ukrayna ilə danışıqlara qayıtmağa hazır olduğunu söyləyir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiya bu danışıqların yeni şərtlər əsasında olmasını istəyir. XİN başçısı bu şərtlərin Ukrayna tərəfindən qəbul edilməsinin qeyri-mümkün olduğunu da diqqətə çatdırıb.

Xersonda azərbaycanlı qızın meyiti tapıldı – VİDEO

Ukraynanın Xerson vilayətində itkin düşən azərbaycanlı qızlardan biri − Ofelya Mənsimovanın meyiti tapılıb. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə Baku TV-nin Ukraynadakı əməkdaşı Mübariz Aslanov məlumat verib. Meyitin üzərində zorakılıq əlamətlərinin olduğu qeyd edilib. Ətraflı süjetdə:

Donald Gerye Azərbaycana qayıdır

Hazırda Kiprin “Olimpiakos” klubunda forma geyinən Donald Gerye Azərbaycan Premyer Liqasına qayıda bilər. Cumhuriyyet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la ümumi razılıq əldə edib. Tərəflər futbolçunun azad agent olmasını gözləyir. Kipr təmsilçisi ilə may ayına qədər müqaviləsi olan futbolçu klubla sözləşməsinə qarşılıqlı razılıqla xitam verməyə çalışır. Azad agent statusu aldıqdan sonra haitili futbolçu “Sumqayıt”la müqavilə […]

İsti hava şəraiti nə vaxtadək davam edəcək? – Tağıyeva

Ölkə ərazisində qış fəslinə uyğun olmayan isti hava şəraiti müşahidə olunur. Bəzi Avropa ölkələrində olduğu kimi ölkəmizdə də ilin ilk günlərində hava şəraiti yağmursuz keçir, cənub küləkləri üstünlük təşkil edir. Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında […]

Polşalıların Ukraynada böyük itkiyə məruz qalması… – Jarin

Polşalıların Ukrayna müharibəsində kütləvi iştirakı və böyük itkiləri barədə Rusiyanın yalan təbliğatı davam edir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Polşa hökumətinin informasiya məkanının təhlükəsizliyi üzrə komissarı Stanislav Jarin Tvitter səhifəsində yazıb. “Bu mövzu Kremlin informasiya məkanında Rusiya ictimaiyyətinə yönəlmiş təbliğat səylərinin daimi elementidir”, – o bildirib. Jarin Ukraynadakı cəbhədən polyakların “cəsədlərini” Polşanın Moskvadakı səfirliyinə […]

Azərbaycanda un UCUZLAŞDI

Azərbaycanda un ucuzlaşıb. “Karat Holding” bir kisə “Karmen” ununun qiymətini 41 manatdan 38 manata endirib və bunu 2022-ci ilin Azərbaycan un sənayesi üçün çətin il olması ilə əsaslandırıb. Demək olar ki, bütün il ərzində ölkənin un dəyirmanları sıfır rentabelliklə işləyib, hətta bəzi müəssisələr zərər də görürdülər. Dünya taxıl bazarındakı mövcud vəziyyətlə əlaqədar və rublun manata […]

Zakir Həsənov Quru Qoşunlarına göstərişlər verib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib. Sonra Quru Qoşunlarının idarə heyəti ilə […]

Təbrizdə “omikron”un alt ştamı tapılıb

Təbrizdə koronavirusun “omikron” ştamının alt ştamı müşahidə edilib. Cumhuriyyet.az-ın məlumatına görə, bunu Təbriz Tibb Elmləri Universitetinin Sağlamlıq idarəsinin direktoru Hüseyn Həqqayi deyib. O bildirib ki, İranın Şərqi Azərbaycan əyalətində aparılan koronavirus testlərinə əsasən, əyalətdə BQ1 və XBB adları olan yeni “omikron” alt ştamının bir neçə halı müşahidə olunub. Onun sözlərinə görə, yoluxmuş insanlar karantindədirlər, lakin […]

Prezident onu TƏLTİF ETDİ

Salxab Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, o, Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.  

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031