Qara dənizə hərbi gəmilərin girməsinə qarşıyıq – Çavuşoğlu

Ankara regionda hərbi münaqişələrin genişlənməsinə, eləcə də Qara dənizə yeni hərbi gəmilərin daxil olmasına qarşıdır. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Münaqişə edən hər iki tərəfin dünyanı tanıması vacibdir. Diktə edilmiş sülh tanınmayacaq: nə Ukrayna, nə də Rusiya bununla razılaşmayacaq”, – o deyib. Türkiyənin baş diplomatı xatırladıb ki, Ankara […]

Zelenski Baydenlə Polşada görüşəcəkmi?

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə Polşada ehtimal olunan görüşü şərh edib. Cumhuriyyet.az xəbər verir ki, bunu Zelenski Avstriya Prezidenti Aleksandr Van der Bellenlə keçirdiyi brifinqdə medianın suallarını cavablandırarkən deyib. “Biz onunla bəzən görüşürük. Məni Polşaya dəvət etməyiblər”, – Zelenski deyib.

BNA-dan bu səlahiyyət geri alındı

Bakı Nəqliyyat Agentliyi dayanma və ya durma qaydalarının pozulmasına görə cərimə edə bilməyəcək. Cumhuriyyet.az xəbər verir ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2022-ci il 16 dekabr tarixli Qanunun qüvvəyə minməsi ilə əlaqədar “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda da dəyişiklik edilib. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi […]

Zakir Həsənov Türkiyəyə getdi

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən “Qış təlimi – 2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

MTN generalının cəzası azaldıldı – FOTO

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib. Cumhuriyyet.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə Nizami Şirinovun cəzası 6 ilə, Elcan Abdullayevin cəzası 5 ilə endirilib. Qeyd edək ki, Bakı Hərbi […]

Ombudsman Quranın yandırılması ilə bağlı isveçli həmkarına məktub ünvanlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçin Bərabərlik üzrə Ombudsmanı Lars Arrheniusa Stokholmda Türkiyə səfirliyi qarşısında müqəddəs Quranın yandırılması hadisəsi ilə bağlı məktub ünvanlayıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, S.Əliyeva Avropa ölkələrində İslamofobiyanın yayılmasından narahatlıq duyduğunu ifadə edərək, törədilən əməlin müsəlmanların dini-etiqad azadlığını pozduğunu, həmçinin Avropada ayrı-seçkilik, dözümsüzlük və […]

Prezidentdən bu şəxslərlə bağlı qanunda dəyişiklik

Çətin həyat şəraitində hesab edilən şəxslərin kateqoriyası genişləndirilib. Cumhuriyyet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaq çətin həyat şəraitində olan şəxs (ailə) hesab ediləcək.

Ceyhun Bayramov uqandalı həmkarı ilə danışdı

Fevralın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Cumhuriyyet.az-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin perspektivləri və Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Nazir Ceyhun Bayramov iki ölkə […]

Avrozonada inflyasiya azalıb

Yanvar ayında Avrozonada istehlak qiymətləri indeksi illik ifadədə 8,5 faiz təşkil edib. Cumhuriyyet.az xəbər verir ki, Avropa İttifaqı Statistika orqanının ilkin hesablamalarına əsasən, bu, Avrozonada inflyasiyanın dekabr ayı ilə müqayisədə 0,7 baza bəndi azalaraq 2022-ci ilin may ayından bəri ən aşağı həddə düşməsi deməkdir. Ekspertlər inflyasiyanın 0,2 baza bəndi azalmaqla 9 faiz təşkil edəcəyini proqnozlaşdırırdılar. […]

Prezidentdən qərar: Bu cinayətə yol verənlər…

On altı yaşınadək şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə yeni cəzalar müəyyənləşib. Cumhuriyyet.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı qanunla Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə dəyişiklik edilib. Dəyişikliklə on dörd yaşına çatmış, lakin on […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728