Rumıniya prezidenti Azərbaycana gəldi

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Cumhuriyyet.az xəbər verir ki, Azərbaycanın və Rumıniyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rumıniya Prezidenti Klaus Yohannisi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Rusiyada xarici pasportların verilməsi dayandırıldı

Rusiyada xarici pasportlarının verilməsi üzrə müraciətlərin qəbulu dayandırılıb. Bu barədə Rusiya Federasiyasının dövlət xidmətləri portalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, söhbət etibarlılıq müddəti 10 il olan yeni biometrik xarici pasportların verilməsindən gedir. Dövlət xidmətləri portalı bunun səbəbini pasportlara tələbatın artması və onlarda istifadə olunan mikrosxemlərin çatışmazlığı ilə izah edib.

Rayona avtobusla gedənlərin NƏZƏRİNƏ – Yeni qiymət CƏDVƏLİ

Şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin yeni tarifləri elan olunub. Bu barədə Bakı Beynəlxalq Avtovağzalından bildirilib. Məlumatda qeyd edilib ki, qiymətlər Tarif (qiymət) Şurasının 31.01.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablanaraq hazırlanıb. Yeni qiymətlər sabahdan, yəni fevralın 3-dən qüvvəyə minir. Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il […]

Kadırov qardaşı oğlunu nazir təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov qardaşı oğlu Həmzət Kadırovu respublikanın əmlak və torpaq münasibətləri naziri vəzifəsinə təyin edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə R.Kadırov özü məlumat yayıb. Kadırov 26 yaşlı qardaşı oğlununun təyinatını Çeçenistan Nazirlər Kabinetinin iclasında təqdim edib: “Həmzət istedadlı və icraçı rəhbərdir. O, bunu dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında əvvəlki vəzifələrdə yüksək […]

Gələn ilin büdcə layihəsinin tərtibinə start verildi

Baş nazir Əli Əsədov Azərbaycanın 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2024-cü il və […]

Laura Loxman Azərbaycana başsağlığı verdi

  ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib. Cumhuriyyet.az xəbər verir ki, başsağlığı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edən zaman çatdırılıb. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat […]

Mehriban Əliyevadan Gənclər Günü ilə bağlı paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında Gənclər Günü münasibətilə paylaşım edib. Cumhuriyyet.az xəbər verir ki, “GənclərGünü” həştəqi ilə edilən  paylaşımda deyilir: “Qoy hər bir gəncimiz öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsan!”

Bakıya yağış, rayonlara qar yağacaq

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % […]

Ermənistan ordusunun hərbi forması dəyişir

Ermənistan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin hərbi formasını dəyişdirəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Silahlı qüvvələrdə başlanan islahatlar çərçivəsində ordunun səhra, məişət, xidməti, kursant və digər növləri də daxil olmaqla, formasının dəyişdirilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.

Azərbaycan öz ərazilərini geri qaytarıb – Lavrov

Azərbaycan öz ərazilərini geri qaytarıb. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728