Ceyhun Bayramov britaniyalı nazirə Laçından danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı zamanı Laçın yolundakı vəziyyət və Ermənistanın təxribatları barədə məlumat verib. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli gündəliyinin aktual məsələlərini, bölgədə yaranmış son vəziyyəti və Azərbaycanla Ermənistan arasında […]

Hikmət Hacıyev Türkiyəyə başsağlığı verdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da səhər saatlarında Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı başsağlığı verib. Cumhuriyyet.az xəbər verir ki, H.Hacıyevin Tvitter paylaşımında deyilir: “Həlak olanlara Allah rəhmət eləsin! Allah səbr versin!” Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudada zəlzələ olub. Nəticədə […]

Rəsmi Bakıdan Türkiyədəki zəlzələ ilə bağlı məlumat

Türkiyənin Qəhrəmanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb. Bu barədə Cumhuriyyet.az-a XİN-dən bildirilib. Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur: +994125969449 (saat 9:00-dan 18:00-dək) +994503422491 (24 saat) cmmkon@mfa.gov.az

Türkiyədə zəlzələ bölgəsində bəzi məhkəmə fəaliyyətləri dayandırıla bilər

“Vəziyyət normal axarına qayıdana qədər bəzi hallarda məhkəmə fəaliyyəti dayandırıla bilər”. Bu barədə Türkiyə Hakimlər və Prokurorlar Şurasının Baş Katibliyindən yazılı açıqlama verilib. “Ədliyyə xidmətlərinin tam dayandırılmasından söhbət getmir, lakın həbsetmə və təcili işlərdə, yarılma prosedurlarında, iddia müddəti yaxın olan istintaq və ittiham sənədləri, icrasının dayandırılması zəruri hesab ediləcək digər iş və əməliyyatlarda vətəndaşların hüquqlarının […]

Xaricdə verilən diplomların ölkədə tanınması üçün tələblər

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin Azərbaycan Respublikasının […]

Lavrov Çavuşoğlu ilə danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Rusiya Prezidenti Vladimir Putinin Türkiyə rəhbərliyinə göndərdiyi teleqramın davamı olaraq, nazir Rusiyanın dərhal lazımi yardımı göstərməyə hazır olduğunu bir daha təsdiqləyib”, – Rusiya XİN qeyd edib.

Əliyevdən tapşırıq: FHN xilasediciləri Türkiyədə – Video

Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş verən zəlzələ barədə açıqlama verib. FHN-dən Cumhuriyyet.az-a bildirib ki, bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün […]

Kiyevin bu dəvəti İranı özündən çıxartdı

İran Kürdüstanı Demokrat Partiyasının sözçüsü Xalid Əzizi Ukraynaya səfər edib və bu ölkənin diplomatları ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumat verən İran mediası onu “separatçıların təmsilçisi və terrorçu” kimi təqdim edib. İran mediasının yazdığına görə, səfər Ukrayna dövlətinin dəvəti əsasında baş tutub. Qeyd edək ki, Əzizinin bu hərəkəti İran hökumətinin Ukraynaya qarşı […]

Putin Ərdoğanla danışdı: Yardıma hazırıq!

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Putin Ərdoğana başsağlığı verib və yardıma hazır olduğunu deyib. Türkiyə Prezidenti operativ reaksiyaya görə təşəkkür edib və rusiyalı xilasedicilərin yardımını qəbul edəcəklərini söyləyib.

Türkiyə Maskın təklifindən imtina etdi

Türkiyə hökuməti “SpaceX” şirkətinin qurucusu İlon Maskın zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ölkəyə “Starlink” şəbəkə terminallarının göndərilməsi təklifini geri çevirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Türkiyənin yüksək rütbəli rəsmisinin sözlərinə görə, hökumət belə bir təklifə görə minnətdardır. Lakin ölkədə peyk rabitəsini təmin etmək üçün kifayət qədər avadanlıq mövcuddur.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728